SƏNAYE

Altı ayda Texniki Şuralar vasitəsilə 1 174 müraciətə baxılıb
12 İYUL
70

Altı ayda Texniki Şuralar vasitəsilə 1 174 müraciətə baxılıb

2019-07-12 10:34:00

Bu ilin I yarısında Energetika Nazirliyinin tabeliyində olan Enerji Məsələlərini Tənzimləmə Agentliyi tərəfindən sahibkarlıq obyektlərinin elektrik şəbəkəsinə qoşulması ilə bağlı “ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərində fəaliyyət göstərən Texniki Şuralar vasitəsilə 1 174 müraciətə baxılıb. Bu barədə Fins.az-a Nazirliyin mətbuat xidmətindən məlumat verilib.

Yanvar ayı üzrə daxil olan müraciətlərin sayı 227, fevral ayı üzrə 261, mart ayı üzrə 148, aprel ayı üzrə 179, may ayı üzrə 200, iyun ayı üzrə isə 159 olub.

Hesabat dövründə qəbul edilmiş müraciətlərdən 1 148-nin icrası təmin olunub, 26 müraciət isə təqdim edilmiş sənədlərdəki uyğunsuzluqlar səbəbindən icra edilməyib.

Ümumilikdə yanvar-iyun ayları ərzində Texniki Şuralara daxil olmuş müraciətlər əsasında sahibkarlar tərəfindən 19 122,5 kVt güc sifariş edilib və 3 399 680,01 manat qoşulma haqqı ödənilib.

Bu dövrdə daxil olmuş bütün müraciətlər 1 və 2 saylı “ASAN kommunal” mərkəzlərində, Sumqayıt və Gəncə şəhərlərindəki “ASAN xidmət” mərkəzlərində yaradılmış Texniki Şuralar tərəfindən qəbul edilib və icra olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9142
  • ₽ RUB
    0.0271