SƏNAYE

İki kənd işıqsız qalıb – SƏBƏB
10 İYUL
57

İki kənd işıqsız qalıb – SƏBƏB

2019-07-10 12:48:00

Ötən gün axşam saatlarında müşahidə edilən güclü külək bölgələrdə bir sıra fəsadlara yol açıb. Cəlilabad rayonunda yağışlı hava şəraiti səbəbindən enerji təsərrüfatına ziyan dəyib, elektrik enerjisinin verilişində fasilələr yaranıb.

Məsələ ilə bağlı açıqlama verən Cəlilabad rayon İcra Hakimiyyəti başçısının birinci müavini, rayon Fövqəladə hallar komissiyasının sədri Mənsur Məmmədov rayonda evlərə ziyan dəymədiyini bildirib:

“Güclü külək və yağışla müşahidə edilən hava şəraiti nəticəsində rayonun iki kəndinə - Qasımbəyli və Qarakazımlı kəndlərinə gedən elektrik xətlərində açılmalar olub. Elektrik xətlərində qırılmalar yaşayış evlərinə heç bir ziyan vurmayıb”.

Hazırda həmin ərazilərə elektrik enerjisinin verilməsi ilə əlaqədar təmir-bərpa işləri davam etdirilir. Yaxın saatlarda iki kənddə elektrik enerjisinin verilişi bərpa ediləcək.

© Oxu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9162
  • ₽ RUB
    0.0269