SƏNAYE

“SNC-Lavalin`s Atkins” Azərbaycanda kiçik su elektrik stansiyalarının fəaliyyətinin səmərəli istifadəsinin qiymətləndirilməsinə başlayıb
08 İYUL
69

“SNC-Lavalin`s Atkins” Azərbaycanda kiçik su elektrik stansiyalarının fəaliyyətinin səmərəli istifadəsinin qiymətləndirilməsinə başlayıb

2019-07-08 11:10:00

“SNC-Lavalin`s Atkins” şirkəti Azərbaycanda kiçik su elektrik stansiyalarının fəaliyyətinin səmərəli istifadəsinin qiymətləndirilməsi üzrə layihənin icrasına başlayıb. Bu barədə Energetika Nazirliyindən məlumat verilir.

“SNC-Lavalin`s Atkins” zəruri məlumatları toplayıb, kiçik su elektrik stansiyalarının yerləşdiri ərazilərə səfərlər təşkil edib. Əldə olunan məlumatlar əsasında müvafiq təhlil hazırlanacaq”, - nazirlik qeyd edir.

2018-ci ilin oktyabr ayında Energetika Nazirliyi və BP arasında kiçik su elektrik stansiyalarının enerji istehsalı göstəricilərinin təkmilləşdirilməsi ilə bağlı Niyyət Məktubu imzalanıb. Sənəd Energetika Nazirliyinin Azərbaycanda kiçik su elektrik stansiyalarının enerji istehsalı göstəricilərinin təkmilləşdirilməsi məqsədinin dəstəklənməsini nəzərdə tutur.

Məktuba əsasən, Azərbaycanın kiçik dağ çaylarının hidroenerji potensialını gücləndirmək məqsədilə aparıcı məsləhətçi şirkət olan “SNC-Lavalin`s Atkins” tərəfindən bölgələrdə mövcud kiçik su elektrik stansiyalarının iş səmərəliliyini artırmaq üçün qiymətləndirmə aparılacaq. Mövcud stansiyaları nəzərdən keçirmək və yeni stansiyaların tikilməsi üçün mümkün sahələri qiymətləndirmək məqsədilə Atkins şirkətinin beynəlxalq ekspertlərinin əraziyə səfərləri təşkil olunacaq.

Nazirlik BP tərəfindən bu layihəyə dəstəyin hansı formada göstəriləcəyini dəqiqləşdirmir. Yalnız məlumat verilir ki, şirkətin indiyədək Azərbaycana sosial investisiyalarının həcmi 80 milyon dolları ötüb.

Hazırda Azərbaycanda 23,5 MVt gücündə 10 kiçik su elektrik stansiyası fəaliyyət göstərir. Gücü 27,41 MVt təşkil edəən daha 12 kiçik su elektrik stansiyasının tikintisi layihələndirmə mərhələsindədir. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9066
  • ₽ RUB
    0.027