SƏNAYE

"Aypara" strukturunda qazma üçün qurğu gələn ilin əvvəlinədək əraziyə çatdırılacaq
04 İYUL
90

"Aypara" strukturunda qazma üçün qurğu gələn ilin əvvəlinədək əraziyə çatdırılacaq

2019-07-04 11:48:00

Norveçin “Equinor” şirkəti bu ilin sonu -2020-ci ilin əvvəlində Xəzərin Azərbaycan sektorunda yerləşən “Aypara” perspektiv strukturunda ilk kəşfiyyat quyusunda qazma əməliyyatlarına başlamaq üçün qazma qurğusunu əraziyə aparmağı planlaşdırır.

Fins.az xəbər verir ki, bu barədə Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi (ƏMTQ) sənədinin ictimai dinləmələrində “Equinor” şirkətinin qazma meneceri Arne Reydar Holvik qeyd edib.

Onun sözlərinə görə, qazma işlərinin 60-70 gün davam etməsi nəzərdə tutulur.

Qazma aparılacaq yerdə suyun dərinliyi 140 metr təşkil edir.

Qeyd edək ki, 2018-ci il mayın 30-da Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə "Equinor" arasında “Xəzər dənizinin Azərbaycan sektorunda “Əşrəfi-Dan Ulduzu-Aypara” sahəsinin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü” haqqında saziş imzalanıb. Layihənin həyata keçirilməsi üçün SOCAR və “Equinor” ortaq əməliyyat şirkəti yaradıb.

Saziş iyunun 29-da Milli Məclis tərəfindən ratifikasiya olunub.

“Aypara” perspektiv strukturu “Azəri-Çıraq-Günəşli” yataqlar blokundan 25 km, Bakıdan isə 90 km məsafədə yerləşir.

© Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9069
  • ₽ RUB
    0.027