SƏNAYE

Azərbaycan sənayesinin tarixi
04 İYUL
199

Azərbaycan sənayesinin tarixi

2019-07-04 11:10:00
  • 1848-ci ildə dünyada ilk dəfə Bakıda neftin sənaye üsulu ilə hasilatı başlandı.
  • 1859-cu ildə dünyada ilk neftayırma zavodu Bakıda istifadəyə verildi.
  • 1860-cı ildə Azərbaycan torpaqlarında özlərinə məskən salmış alman sahibkarları tərəfindən Göygöl rayonunun ərazisində ilk böyük şərabçılıq sənayesinin təməli qoyuldu.
  • 1863-cü ildə yerli sahibkar Cavad Məlikov tərəfindən Bakıda kerosin zavodu tikdirildi və dünyada ilk dəfə neftayırma prosesində soyuduculardan istifadə edildi. 
  • 1865-ci ildə Almaniyanın “Simens qardaşları” şirkəti tərəfindən Gədəbəydə misəritmə və kobalt zavodları quruldu. 
  • 1872-ci ildə Bakıda dünyada ilk dəfə neftçıxarmada quyu nasosundan istifadə edildi.
  • 1877-ci ildə dünyada birinci neft tankeri Bakıda neft məhsullarının daşınması üçün istifadəyə verildi.
  • 1878-ci ildə regionda ilk dəfə Balaxanı yatağı ilə Bakı neftayırma zavodunu birləşdirən 12 km uzunluğunda neft kəməri inşa edildi.
  • 1879-cu ildə Azərbaycanda ilk kimya sənaye müəssisəsi-sulfat turşusu zavodu Bakıda yaradıldı.
  • 1897-ci ildə H.Z.Tağıyev tərəfindən Qafqazda ilk ən iri toxuculuq müəssisəsi olan “Lifli maddələr emal edən Qafqaz səhmdar cəmiyyəti” təsis edildi.
  • 1899-cu ildə Bakı neft sənayesi ildə 11,5 milyon ton neft hasilatı ilə dünyada birinci yerə yüksəldi.
  • 1905-ci ildə Balaxanıda dünya neft sənayesi tarixində ilk dəfə olaraq kompressor istismarı tətbiq edildi.
  • 1906-cı ildə Cənubi Qafqazın ilk sement zavodu Bakıda istifadəyə verildi.
  • 1907-ci ildə uzunluğu 885 km olan Bakı-Batumi neft kəməri istifadəyə verildi.
  • 1908-ci ildə Azərbaycanın Cənubi Qafqazda istehsal olunan sənaye məhsulunda payı 90%-i ötdü.
  • 1910-cu ildə dünya neft praktikasında ilk dəfə olaraq Bakıda “Neft yataqlarının qazılmasına aid təlimatlar” hazırlandı.
  • 1913-cü ildə Azərbaycanda şərab istehsalı 800 min dekalitri ötdü.
  • 1918-ci ildə Cənubi Qafqazda 1200 ipək fabrikindən 1140-ı Azərbaycan ərazisində yerləşirdi.
  • 1924-cü ildə dünyada ilk dəfə olaraq Suraxanıda turboburla neft quyusu qazıldı.
  • 1926-30-cu illərdə, keçmiş SSRİ-də ilk dəfə olaraq Azərbaycanda buruq sularından yod alınması üsulları işlənib hazırlandı.
  • 1931-ci ildə Şəkidə keçmiş SSRİ-nin ən iri ipək sənayesi müəssisələrindən biri olan ipək kombinatı quruldu.
  • 1940-cı ildə Azərbaycanda istehsal olunan neftin həcmi bütovlükdə keçmiş SSRİ-də neft istehsalı həcminin 75%-ni təşkil edirdi.
  • 1940-cı illərdə Azərbaycan keçmiş Sovet ölkələri arasında neft hasilatına görə birinci, qaz hasilatı və elektrik enerjisinə görə üçüncü, polad əridilməsinə görə dördüncü yeri tuturdu.
  • 1941-ci ildə Bayılda dünyada ilk dəfə olaraq turbin üsulu ilə dərinliyi 2000 m olan maili quyu qazıldı.
  • 1945-ci ildə Respublikanın ən iri sənaye müəssisələrindən biri- Sumqayıt kimya zavodu istismara verildi.
  • 1940-1945-ci illərdə SSRİ-də neft emalının 72%-i, yağ istehsalının isə 85%-i Azərbaycanın payına düşürdü.
  • 1948-ci ildə Bakıda dünya təcrübəsində ilk dəfə açıq dənizdə “Neft Daşları” şəhəri salındı və neftçıxarma qurudan dənizə keçdi.
  • 1949-cu ildə Azərbaycanın ən böyük sənaye mərkəzi olan Sumqayıta şəhər statusu verildi.
  • 1952-ci ildə Sumqayıt boru-prokat zavodu məhsul istehsalına başladı.
  • 1952-ci ildə keçmiş sovet ölkələri arasında ilk dəfə Azərbaycanda Sumqayıt Sintetik kauçuk zavodu işə başladı və ilk dəfə bu zavodda neftdən etil spirti əldə olundu.
  • 1953-cü ildə Bakıda neftayırma zavodu fəaliyyətə başladı.
  • 1954-cü ildə Daşkəsən Dağ-Mədən Filizsaflaşdırma kombinatı məhsul istehsalına başladı.
  • 1954-cü ildə Qafqazda ən böyük su elektrik stansiyalarından biri olan Mingəçevir SES istifadəyə verildi. Buna paralel olaraq Mingəçevirdə iri sənaye şəhəri salındı.
  • 1955-ci ildə Sumqayıt Alüminium zavodu fəaliyyətə başladı.
  • 1959-cu ildə Bakı Soyuducular Zavodu istifadəyə verildi.
  • 1962-cı ildə Şirvanda Avropada ilk açıq tipli Elektrik Stansiyası  istifadəyə verildi.
  • 1965-ci ildə Mingəçevirdə şüşə lifi zavodu yaradıldı.
  • 1965-ci ildə Gəncədə gil-torpaq zavodu istifadəyə verildi.
  • 1966-cı ildə həmin dövrdə ən iri neft-kimya müəssisəsilərindən biri olan Sumqayıt Kimya kombinatı istifadəyə verildi.
  • 1969-cu ildə Cənubi Qafqazın ən iri poladtökmə zavodu Bakıda fəaliyyətə başladı.
  • 1970-ci ildə Bakıda qeyri-standart avadanlıqların istehsalı üzrə avtomatik xətlər zavodu fəaliyyətə başladı.
  • 1971-ci ildə Sumqayıt məişət kompressorları zavodu istifadəyə verildi.
  • 1972-ci ildə Elektron Hesablayıcı Maşınlar zavodunun Bakıda yaradılması ilə bağlı qərar qəbul edildi.
  • 1974-cü ildə Bakıda inteqral mikrosxemlərin istehsalı üzrə ixtisaslaşan “Azon” zavodu istifadəyə verildir.
  • 1975-ci ildə Bakı məişət kondisionerləri zavodu fəaliyyətə başladı. Zavod keçmiş SSRİ-də yeganə kondisioner istehsalçısı olmaqla öz məhsulu ilə bütün müttəfiq respublikaların, habelə bir sıra xarici ölkələrin tələbatını ödəyirdi.
  • 1977-ci ildə Şirvanda telemexanika zavodu istifadəyə verildi.
  • 1978-ci ildə Bakıda müdafiə sənayesi təyinatlı “Alov” zavodu istifadəyə verildi.
  • 1978-ci ildə Gəncədə elektronika məhsulları istehsal edən “Billur” zavodu fəaliyyətə başladı.
  • 1980-cı ildə Bakı Aviaaqreqat Zavodu istifadəyə verildi.
  • 1980-ci ildə Şirvanda uzaq rabitə avadanlıqları istehsal edən “Araz” zavodu istifadəyə verildi.
  • 1981-ci ildə Kosmik Tədqiqatlar Elmi-İstehsalat Birliyi yaradıldı.
  • 1981-ci ildə Mingəçevirdə Cənubi Qafqazda ümumi gücünə görə ən böyük elektrik stansiyası  olan Azərbaycan İES istismara verildi.
  • 1981-ci ildə Sumqayıtda keçmiş SSRİ miqyasında çox böyük bir layihə olan etilen və propilen istehsal edən EP-300 kompleksinin inşasına başlanıldı.
  • 1984-cü ildə 1978-ci ildə təməli qoyulmuş Bakı Dərin Özüllər Zavodu fəaliyyətə başladı.
  • 1970 və 80-ci illərdə keçmiş SSRİ-də məişət kondisionerlərinin 100%-i, dərinlik nasoslarının 100%-i, neft mədən avadanlığının 70%-i, şərab məhsullarının 1/3 hissəsi, elektrik mühərriklərinin 12,2%-i, elektrik-qaynaq avadanlığının 10,5%-i, soyuducuların 5,7%-i Azərbaycanda istehsal edilirdi
  • 1994-cü il 20 sentyabr tarixində “Azəri-Çıraq-Günəşli” yataqlarının istismarı üzrə beynəlxalq kontrakt – “Əsrin müqaviləsi” imzalandı.
  • 1997-ci ildə “Əsrin müqaviləsi” üzrə ilkin neftin çıxarılmasına başlandı.
  • 1999-cu ilin noyabrında Bakı-Tbilisi-Ceyhan (BTC) “Əsas İxrac Neft Kəməri”nin çəkilişi haqqında dövlətlərarası müqavilə imzalandı.
  • 2001-ci ildə Bakıda Qafqaz regionunda birinci müasir poladəritmə müəssisəsi  fəaliyyətə başladı.
  • 2005-ci ildə Bakıda dünya əhəmiyyətli Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin doldurulmasına start verildi.
  • 2006-cı ildə İmişlidə Cənubi Qafqazın ən böyük şəkər zavodu  fəaliyyətə başladı.
  • 2009-cu ildə Sumqayıt Texnologiyalar Parkı fəaliyyətə başladı.
  • 2011-ci ildə Sumqayıt Kimya Sənaye Parkı və Balaxanı Sənaye Parkı yaradıldı.
  • 2012-ci ildə Gəncə Alüminum Kompleksi fəaliyyətə başladı.
  • 2012-ci ildə Naxçıvan Sement Zavodu istismara verildi, Qaradağ Sement Zavodunun rekonstruksiyası tamamlandı
  • 2012-ci ildə Bakı Bərk Məişət Tullantılarının Yandırılması Zavodu, Balaxanı Bərk Məişət Tullantılarının Çeşidlənməsi zavodu istifadəyə verildi.
  • 2013-cü ildə Hacıqabulda Cənubi və Şimali Qafqazda, həmçinin Mərkəzi Asiya ölkələri arasında ilk bu tipli zavod hesab olunan seramik plitələr istehsalı zavodu açıldı.
  • 2013-cü ildə yerli dəmir filizindən polad istehsalının qurulması məqsədilə səhmləri dövlətə məxsus olan “Azərbaycan Polad İstehsalı Kompleksi” QSC yaradıldı.
  • 2013-cü ildə Qazax Sement Zavodu fəaliyyətə başladı, Qızıldaş Sement Zavodunun tikintisi tamamlandı.
  • 2013-cü ildə Sumqayıtda tekstil parkı istifadəyə verildi.
  • 2013-cü ildə Xəzər dənizi hövzəsində ən böyük gəmiqayırma zavodu olan Bakı Gəmiqayırma Zavodu istifadəyə verildi.
  • 2014-cü il Azərbaycan Respublikasında “Sənaye ili” elan edildi.
  • 2014-cü ildə “Azərbaycan Respublikasında sənayenin inkişafına dair 2015 - 2020-ci illər üçün Dövlət Proqramı” təsdiq edildi.
  • 2015-ci il 26 fevral tarixində Azərbaycan Respublikasının Prezidenti tərəfindən “Mingəçevir Sənaye Parkının yaradılması haqqında” 1077 nömrəli Sərəncam imzalanmışdır.
  • 2015-ci ildə Azərbaycan Respublikasının Prezidenti tərəfindən “Qaradağ Sənaye Parkının yaradılması haqqında” 3 iyun tarixli, 1255 nömrəli Sərəncam imzalanmışdır.
  • 2015-ci ildə Azərbaycan Respublikası Prezidentinin 2 fevral tarixli 1011 nömrəli Sərəncamı ilə Neftçala Sənaye Məhəlləsi  yaradılmışdır.
  • 2016-cı ilin 18 yanvar tarixində Azərbaycan Respublikası Prezidenti tərəfindən “İnvestisiya təşviqi sənədinin verilməsi Qaydası” haqqında 745 nömrəli Fərman təsdiq edilmişdir.
  •  2016-cı il 20 aprel tarixində Azərbaycan Respublikası Prezidenti tərəfindən 877 nömrəli Fərmanı ilə “İnvestisiya təşviqi sənədini almış hüquqi şəxslərə və fərdi sahibkarlara texnikanın, texnoloji avadanlıq və qurğuların idxalı üçün təsdiqedici sənədin verilməsi Qaydası” təsdiq edilmişdir.
  •  2016-cı il 20 aprel tarixində Azərbaycan Respublikası Prezidentinin imzaladığı 878 nömrəli Fərmanı ilə investisiyanınhəyata keçirildiyi iqtisadi fəaliyyət sahələri, investisiya layihəsinin həcmi ilə bağlı minimal məbləğ və investisiya layihəsinin həyata keçiriləcəyi inzibati ərazi vahidləri təsdiq edilmişdir.
  • 2016-cı ildə Azərbaycan Respublikasının Prezidenti tərəfindən “Pirallahı Sənaye Parkının yaradılması haqqında” 14 sentyabr tarixli, 2336 nömrəli Sərəncam imzalanmışdır
  • 2017-ci ildə  Azərbaycan Respublikası Prezidentinin 25 iyul tarixli Sərəncamı ilə Hacıqabul Sənaye Məhəlləsi yaradılmışdır.
  • 2017-ci il 27 noyabr tarixində Azərbaycan Respublikası Prezidenti tərəfindən “Sabirabad Sənaye Məhəlləsinin yaradılması haqqında” 3407 nömrəli Sərəncamı imzalanmışdır.
  • 2018-ci ilin sentyabrında Prezident İlham Əliyevin iştirakı ilə Masallı Sənaye Məhəlləsi istifadəyə verilmişdir.
  •  2018-ci ilin 27 fevral tarixində Mingəçevir Sənaye Parkınin rezidenti kimi qeydiyyata alınmış “Mingəçevir Tekstil” MMC-nin pambıq mahlıcından iplik istehsalı üzrə 2 fabriki (“Ring” və “Open End” üsulu ilə) istifadəyə verilmişdir.
  • 2018-ci ilin 28 fevral tarixində Azərbaycan Respublikası Prezidentinin 3722  nömrəli Sərəncamına əsasən “Azərbaycan Respublikasında xalça sənətinin qorunmasına və inkişaf etdirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı” təsdiq edilmişdir.
  • "Socar Polymer" layihəsi çərçivəsində inşa edilən polipropilen zavodunun 2018-ci il iyulun 18-də, yüksəksıxlıqlı polietilen zavodunun isə 2019-cu ilin 18 fevral tarixində Azərbaycan Respublikası Prezidentinin iştirakı ilə açılışı olmuşdur.
  • 2019-cu ilin 16 yanvar tarixində "Socar Karbamid" zavodunun Azərbaycan Respublikası Prezidentinin iştirakı ilə açılışı olmuşdur.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır