SƏNAYE

Bakı neft maşınqayırma zavodunun yeni sahibi nə qədər pul xərcləməlidir? - MƏBLƏĞ
19 İYUN
275

Bakı neft maşınqayırma zavodunun yeni sahibi nə qədər pul xərcləməlidir? - MƏBLƏĞ

2019-06-19 17:42:00

Əmlak Məsələləri Dövlət Komitəsi neft avadanlığının istehsalı ilə məşğul olan "Bakı neft maşınqayırma zavodu" ASC-nin səhmlərinin satışı üzrə investisiya müsabiqəsini başa çatdırıb. Bu barədə -fins.az-a Komitədən məlumat verilib.

“Müəssisənin səhmlərinin 97,35%-nin satışı üzrə qalib olan fiziki şəxs dövlət büdcəsinə 4,7 mln. manat köçürüləcək”, - Komitədən qeyd ediblər.Bundan başqa, investor ümumi həcmi 10,2 mln. manat təşkil edən İnvestisiya Proqramının icrasını öhdəsinə götürüb (cari məzənnə ilə $6 mln.).

Bununla yanaşı, müəssisənin 1,9 mln. manat məbləğində DSMF-yə olan borclarının, 115 min manata yaxın əmək haqqı və ona bərabər tutulan borcların ödənilməsini və digər sosial-iqtisadi öhdəliklərin yerinə yetirilməsini üzərinə götürüb. İnvestisiya Proqramına əsasən investor tərəfindən müəssisəyə müasir avadanlıqların və texnologiyaların alınması, poladəritmə sexində yeni sobaların tikilib quraşdırılması, müəssisənin xammal və material ehtiyatının artırılması planlaşdırılır.

Bu işlərin görülməsi üçün investor tərəfindən müəssisəyə bir il ərzində yuxarıda qeyd olunan məbləğdə investisiyaların yatırılması, nəticədə 165 yeni iş yerinin yaradılması, işçilərin sosial təminatının gücləndirilməsi planlaşdırılır.Zavod Bakıda yerləşir və neft mədən avadanlığı və onların ehtiyat hissələrinin istehsalı ilə məşğul olur. Müəssisə 1934-cü ildə istifadəyə verilib. Hazırda zavodda 120 nəfər çalışır.2019-cu il fevralın 1-nə müəssisənin nizamnamə kapitalı 16,1 mln. manat təşkil edir və qiymətli kağız üçün nominalı 2 manat təşkil edən 8,05 mln. səhmə bölünüb

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır