SƏNAYE

SOCAR Türkiyədə yeni şirkət yaratdı
19 İYUN
186

SOCAR Türkiyədə yeni şirkət yaratdı

2019-06-19 16:07:00

SOCAR Almaniyanın EWE şirkətindən aldığı “Bursagaz”, “Kayserigaz”, “EWE Enerji”, “Enervis” və “Millenicom” şirkətlərinin idarə olunması məqsədilə yeni şirkət yaradıb.Fins.az-ın məlumatına görə,bu barədə “Anadolu” agentliyi məlumat yayıb.

Yeni şirkət “SOCAR Türkiye Doğal Gaz Yatırım AŞ” adlandırılıb. Gunter Şeymus yeni qazpaylayıcı şirkətə rəhbər təyin olunub. G.Şeymus 10 ildən çoxdur SOCAR-da (həm Türkiyə, həm də xaricdə) müxtəlif vəzifələr tutub, 2016-cı ilin may ayından etibarən “SOCAR Turkey”də çalışıb.

Xatırladaq ki, Almaniyanın EWE şirkəti ilə SOCAR-ın Türkiyədəki törəmə şirkəti arasında aktivlərin təhvil-təslimi prosesi iyunun 17-də yekunlaşıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır