SƏNAYE

Azərbaycan bu il 14 ölkəyə qeyri-neft məhsullarının ixracını stimullaşdırıb
19 İYUN
153

Azərbaycan bu il 14 ölkəyə qeyri-neft məhsullarının ixracını stimullaşdırıb

2019-06-19 12:38:00

Bu il ərzində Azərbaycanda 5 mln. manata yaxın ixrac təşviqinin ödənilməsi həyata keçirilib. Fins.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında İqtisadiyyat nazirinin müavini Rüfət Məmmədov deyib.

Onun sözlərinə görə, ixrac təşviqinin ödənilməsi əslində özü-özündə nəticə deyil, nəticə onun bu mexanizm çərçivəsində stimullaşdırılan ixracdır.

"Bu il bu mexanizm çərçivəsində 87 mln. ABŞ dolları dəyərində ixracı stimullaşdırmışıq. Bu mexanizmin əsas mahiyyəti ondan ibarətdir ki, biz o mexanizmi tətbiq etməklə şirkət və ixracatçıları xarici bazarlara çıxmasını stimullaşdırırıq. Artıq bu il ərzində biz 14 müxtəlif ölkəyə qeyri-neft məhsullarının ixracını stimullaşdırmışıq", - deyə R. Məmmədov əlavə edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır