SƏNAYE

Azərbaycan Xəzəryanı ölkələrə neft-qaz məhsullarının laborator sınaq xidmətlərini göstərəcək
18 İYUN
155

Azərbaycan Xəzəryanı ölkələrə neft-qaz məhsullarının laborator sınaq xidmətlərini göstərəcək

2019-06-18 17:59:00

“Chevron”, “Shell” və SOCAR şirkətləri Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Yüksək Texnologiyalar Parkının (YTP) nəzdində fəaliyyət göstərən Strateji Elmi Analitik Sınaq Mərkəzinin (SEASM) xidmətlərindən yararlanacaqlar. Bu barədə  YTP-dən bildirilib.

Texnoparkdan qeyd olunub ki, laborator xidmətlərin göstərilməsinə dair artıq bir sıra iri şirkətlərlə 4 müqavilə imzalanıb. 

“Tam şəkildə müasir avadanlıqlarla təchiz olunmuş və beynəlxalq akkreditasiyadan keçmiş Mərkəz neft-qaz məhsullarının laborator sınaq xidmətlərini təkcə Azərbaycanda deyil, həmçinin Xəzəryanı dövlətlərdə də fəaliyyət göstərən neft hasilatçılarına təqdim etmək niyyətindədir. Hasilatçıları kəşfiyyat apararkən məhsulun keyfiyyəti və xarakteristikası barədə məlumat ala biləcəklər”, - deyə YTP-dən bildirilib.

© APA

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır