SƏNAYE

Nazir müavini: "Bərpa olunan enerji və enerji səmərəliliyi kimi sahələr bizim üçün yenidir"
18 İYUN
108

Nazir müavini: "Bərpa olunan enerji və enerji səmərəliliyi kimi sahələr bizim üçün yenidir"

2019-06-18 17:54:00

Xarici şirkətlərlə və beynəlxalq qurumlarla möhkəm tərəfdaşlığa əsaslanan əməkdaşlıq təcrübəsi Azərbaycanın bərpa olunan enerji və enerji səmərəliliyi ilə bağlı hədəflərə, ümumilikdə energetika sektorunda islahatların uğurla həyata keçirilməsinə kömək edəcək.

Energetika Nazirliyindən verilən məlumata görə, bu barədə Albaniyada keçirilmiş Beynəlxalq Enerji Xartiyası Forumu çərçivəsində Azərbaycanın Energetika nazirinin müavini Samir Vəliyev söyləyib.

Çıxışı zamanı S. Vəliyev energetika sektorunda islahatlar prosesinin bir hissəsi kimi bərpa olunan enerji və enerji səmərəliliyi sahələri üzrə həyata keçirilən kompleks tədbirlərdən də bəhs edib. Yaxın illərdə külək, günəş və bioenerji üzrə yeni enerji güclərinin istifadəyə verilməsi, bərpa olunan enerjinin ümumi enerji balansındakı həcminin artırılması, elektrik enerjisinin istehsalında şaxələnmənin təmin edilməsi və özəl investisiyanın cəlbi istiqamətində hazırlanan yeni qanun və qaydalar haqqında ətraflı məlumat verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9102
  • ₽ RUB
    0.027