SƏNAYE

Azərbaycan elektrik enerjisinin ixracını 7%-dən çox artırıb
18 İYUN
162

Azərbaycan elektrik enerjisinin ixracını 7%-dən çox artırıb

2019-06-18 16:49:00

Bu ilin yanvar-may aylarında Azərbaycandan 1,2 mlrd. kVt/saat elektrik enerjisi ixrac edilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 7,2% çoxdur.

Fins.az-ın Dövlət Gömrük Komitəsinə (DGK) istinadən verdiyi məlumata görə, hesabat dövründə ixrac edilən elektrik enerjisinin dəyəri 54,87 mln. ABŞ dollarından artıq olub ki, bu da ötən ilin yanvar-may ayları ilə müqayisədə 2,7% azdır.

Yanvar-may aylarında elektrik enerjinin ümumi ixracda payı 0,6% təşkil edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9069
  • ₽ RUB
    0.027