SƏNAYE

BP-nin vitse-prezidentindən “Azəri-Çıraq-Günəşli”də şirkətin payını artırması ilə bağlı açıqlama
18 İYUN
142

BP-nin vitse-prezidentindən “Azəri-Çıraq-Günəşli”də şirkətin payını artırması ilə bağlı açıqlama

2019-06-18 14:45:00

ABŞ-ın “ExxonMobil” və "Chevron” şirkətlərinin “Azəri-Çıraq-Günəşli”  yataqlar blokunda satışa çıxarılacaq paylarının AÇG səhmdarları tərəfindən birgə alınması prosesi çərçivəsində qiymətləndirmə aparılır.

Fins.az xəbər verir ki, bu barədə BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə regionunda əlaqələr, xarici işlər və strategiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli bildirib.

“Öncə dediyimiz kimi, konsorsium sözügedən şirkətlərin satmaq istədiyi payları əldə etmək barəsində danışıqlar aparmaq niyyətini artıq bildirib. Hazırda bu istiqamətdə danışıqlar aparılır”, - deyə B. Aslanbəyli vurğulayıb.

Qeyd edək ki, B. Aslanbəyli bundan öncə ABŞ-ın “ExxonMobil” və "Chevron” şirkətlərinin yataqlar blokunda satışa çıxarılacaq paylarının layihə səhmdarları tərəfindən alınacağı təqdirdə paylar tenderdə iştirak edən şirkətlər arasında proporsional qaydada bölüşdürüləcəyini bildirib. Ümumi sxem ondan ibarətdir ki, AÇG səhmdarları birgə danışıqlar aparır və paylara sahib olurlar. Bundan sonra şirkətlər proporsional şəkildə layihədəki paylarına uyğun olaraq alınan səhmlərə yiyələnə biləcəklər.

Xatırladaq ki, “ExxonMobil” AÇG-dəki payını (6,79%), "Chevron” şirkəti isə həm sözügedən layihədəki (9,57%), həm də Bakı-Tbilisi-Ceyhan neft kəmərindəki paylarını (8,9%) satmaq niyyətində olduğunu artıq bildiriblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9102
  • ₽ RUB
    0.027