SƏNAYE

Yerli ayaqqabı brendi - Qaramanlı
18 İYUN
204

Yerli ayaqqabı brendi - Qaramanlı

2019-06-18 13:32:00

Azərbaycanda geyim və tekstil sahəsində yerli istehsalın ayrı-ayrı subyektləri Azərbaycan bazarına uyğun keyfiyyəti məhsul istehsal etməyə çalışır. İqtisadi inkişafın mühüm göstəricilərindən biri olan yerli istehsalı həyata keçirən sahibkarlıq subyektlərinin sayının atması həm də yeni iş yerlərinin sayının artması bu sahədə mütəxəssislərin yetişməsini stimmullaşdırır. Azərbaycanda ayaqqabı istehsal edən yerli brend “Qaramanlı” ayaqqabı fabriki artıq 4 ildir ki, fəaliyyət göstərir. Rəhman Əhmədovun rəhbərlik etdiyi fabrik, Sumqayıt şəhərində yerləşir.

Azərbaycanlılar üçün dizayn edilən ayaqqabılar

 Ayaqqabıların istehsalında istifadə olunan xam mal daxili  bazardan,Türkiyə və İrandan idxal olunur. Hər bir ayaqqabının keyfiyyətinə xüsusi diqqətlə yanaşan “Qaramanlı” ayaqqabı fabriki, istehsalda yüksək keyfiyyətli materiallardan istifadə edir. “Qaramanalı”-nın istehsal etdiyi ayaqqabılar yüksək keyfiyyəti və  Azərbaycan alıcısının zövqünə hesablanmış praktik modellər ilə fərqlənir.

Qadınlar üçün xüsusi ayaqqabı modellərinin istehsalı

İlkin mərhələdə fabrik əsasən kişi ayaqqabıları istehsal etsə də, müəyyən müddətdəndən sonra məhz azərbaycanlı qadınlar üçün dizayn edilən xüsusi ayaqqabı modelləri istehsal edilir.Bu modellər yerli dizaynerlər tərəfindən dünyanın dəb  trendləri və yerli tələbatı nəzərə alınmaqla dizayn edilir. Fabrikin istehsal etdiyi ayaqqabılar xüsusi görünüşü və praktikliyi ilə fəqlənir.

İstehsalı artırmaq istəyi

“Qaramanlı” ayaqqabı fabrikində ay ərzində 1500 -1800 cüt ayaqqabı istehsal olunur.Hazırda fabrikdən yalnız pərakəndə satış həyata keçirilir.İstehsal olunan ayaqqabıların satışı  fabrikin öz firma mağazalarında həyata keçirilir. İstehsalın genişlənməsi üçün Azərbaycan dövlətinin yerli istehsal həyata keçirən sahibkarlar üçün nəzərdə tutulmuş güzəşt və kredit imkanlarından istifadə məqsədi ilə müraciət edilməsi nəzərdə tutulur. Hazırda əsas hədəf Azərbaycan istehlakçısını tam şəkildə ayaqqabı ilə təmin edərək qonşu və digər xarici ölkələrə ixrac həyata keçirməkdir.

İşçi heyyəti və yeniliklər

“Qaramanlı”-nın 40 nəfərdən ibarət işçi heyyəti var. “Qaramanlı” ayaqqabı fabrikinin istehsal etdiyi kişi və qadın ayaqqabıları yalnız ölkə daxilində alıcılara təqdim edilir.   Istehsal olunmuş ayaqqabıların “Made in Azərbaycan” brendi altında xarici bazarlara çıxarılması planlaşdırlır.Əvvəlcə Rusiya, Gürcüstan kimi qonşu ölkələrə,daha sonra  Avropa bazarında satış həyata keçirmək  nəzərdə tutulur

Qaramanlı ayaqabı fabrikinin hazırda Sumqayıt şəhəri ərzisində  1  Bakı şəhərində 4 firma mağazası fəaliyyət göstərir

Müəllif: Aynur Qəniyeva

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9102
  • ₽ RUB
    0.027