SƏNAYE

Azərbaycan Gürcüstanın əsas elektrik enerjisi tədarükçüsü olub
15 İYUN
120

Azərbaycan Gürcüstanın əsas elektrik enerjisi tədarükçüsü olub

2019-06-15 19:29:00

Bu ilin yanvar-may aylarında Gürcüstan Azərbaycandan 539,67 mln. kilovatt/saat elektrik enerjisi idxal edib.

F ns.az xəbər verir ki, bu barədə “Gürcüstanın elektrik enerjisi sisteminin kommersiya operatoru” (ESCO) məlumat yayıb.

Hesabat dövründə qonşu ölkənin idxal etdiyi elektrik enerjisinin ümumi həcmi 614,1 mln. kilovatt/saat təşkil edib. Bu həcmin 87,9%-i Azərbaycanın payına düşüb.

Bu ilin ilk beş ayında Gürcüstan Rusiyadan 74,43 mln. kilovatt/saat həcmində elektrik enerjisi tədarük edib.

Yanvar-may aylarında Gürcüstan Azərbaycandan Türkiyəyə 23,5 mln. kilovatt/saat həcmində elektrik enerjisi tranzit edib.

© Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9066
  • ₽ RUB
    0.027