SƏNAYE

Karbamid zavodunun SOCAR-a veriləcəyi vaxt açıqlanıb
14 İYUN
286

Karbamid zavodunun SOCAR-a veriləcəyi vaxt açıqlanıb

2019-06-14 02:34:00

İyunun 20-dən Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Sumqayıtda yerləşən Karbamid zavodu şirkətin idarəçiliyinə keçəcək. Fins.az xəbər verir ki, bu barədə jurnalistlərə Karbamid zavodunun direktoru Xəyal Cəfərov bildirib. O qeyd edib ki, hazırda Koreyanın "Samsung Engineering Co., Ltd.” şirkəti ilə təhvil- təslim işləri həyata keçirilir: "Zavodda Sınaq-sazlama işləri tamamilə yekunlaşıb. İyun ayının əvvəlindən "Samsung Engineering" şirkəti ilə təhvil-təslim işləri aparılır.Bu işlərlə əlaqədar iyunun əvvəlindən zavodda istehsal dayandırılıb. Təhvil-təslim işlərinin iyunun 20-də yekunlaşması gözlənilir.Bundan sonra zavod SOCAR-ın mühəndisləri, işçiləri tərəfindən idarə olunacaq"-, deyə o əlavə edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır