SƏNAYE

Nazir: “Gürcüstanın daxili bazarında qazın 97%-ni Azərbaycan təmin edir"
13 İYUN
93

Nazir: “Gürcüstanın daxili bazarında qazın 97%-ni Azərbaycan təmin edir"

2019-06-13 16:54:00

“Gürcüstanın daxili bazarının təbii qaza olan ehtiyacının 97%-i Azərbaycanın hesabına təmin olunur”.Fins.az-ın "report"-a istinadən verdiyi məlumata görə, bu barədə Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Natia Turnava Vaşinqtonda keçirilən ABŞ-Gürcüstan Strateji Tərəfdaşlıq konfransında bildirib.

Onun sözlərinə görə, Gürcüstanda yalnız özəl sektorun bir hissəsi Rusiyadan qaz ala bilər: “Bizim strateji istehlakçılarımız olan əhali və elektrik enerjisi istehsalçıları tam olaraq Azərbaycan qazı ilə təmin olunur”.

N.Turnava qeyd edib ki, Gürcüstanın Rusiyadan enerji asılılığı təhlükəsi yoxdur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.93
  • ₽ RUB
    0.0269