SƏNAYE

Bu zavod xarici ölkəyə məhsul ixrac edəcək
11 İYUN
165

Bu zavod xarici ölkəyə məhsul ixrac edəcək

2019-06-11 12:26:00

Sumqayıt Kimya Sənaye Parkının rezidenti olan İnşaat Kimyəviləri Zavodunun əməkdaşları BƏƏ, Türkiyə və İsveçrədə keçirilən təlimlərdə iştirak ediblər. Fins.az xəbər verir ki, bu barədə Sumqayıt Kimya Sənaye Parkından məlumat verilib. Məlumatda bildirlir ki,təlimlərdə qabaqcıl istehsal üsullarının öyrənilməsi, eləcə də şirkət əməkdaşlarının ixtisasının artırılması və təkmilləşdirilməsi istiqamətində məruzələr dinlənilib.Qeyd olunub ki, şirkət Gürcüstana müxtəlif növ məhsulların ixracına dair müqavilə imzalayıb.

  Qeyd edək ki, İnşaat Kimyəviləri Zavodu 15 mart 2016-cı il tarixində Sumqayıt Kimya Sənaye Parkının rezidenti kimi qeydiyyata alınıb və parkın ərazisində tikinti sektorunda böyük təlabat olan tikinti məhsullarının (qatqıların) istehsalını həyata keçirir.

 Müəllif:Aynur Qəniyeva 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır