SƏNAYE

Energetika nazirinin müavini Beynəlxalq Enerji Xartiyası Forumuna qatılacaq
11 İYUN
77

Energetika nazirinin müavini Beynəlxalq Enerji Xartiyası Forumuna qatılacaq

2019-06-11 11:17:00

İyunun 13-də Albaniyada Beynəlxalq Enerji Xartiyası Forumu keçiriləcək. Forumda Azərbaycanı Energetika nazirinin müavini Samir Vəliyev təmsil edəcək. 

Bu barədə  Energetika Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, nazir müavininin “Enerji diversifikasiyası, bərpa olunan enerji və enerji səmərəliliyi” mövzusunda çıxışı nəzərdə tutulub. 

Qeyd edək ki, Azərbaycan Beynəlxalq Enerji Xartiyası ilə 1994-cü ildən etibarən əməkdaşlıq edir. Ötən il Azərbaycan Beynəlxalq Enerji Xartiyasına (Haaqa II sənədinə) qoşulub. 2020-ci ildə Azərbaycan Beynəlxalq Enerji Xartiyası Konfransına sədrlik edəcək və bu çərçivədə cari ildə Bakıda Beynəlxalq Enerji Xartiyası Forumunun keçirilməsi planlaşdırılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9097
  • ₽ RUB
    0.0264