SƏNAYE

Energetika nazirinin müavini Beynəlxalq Enerji Xartiyası Forumunda
11 İYUN
67

Energetika nazirinin müavini Beynəlxalq Enerji Xartiyası Forumunda

2019-06-11 10:38:00

iyunun 130ündə Albaniyada Beynəlxalq Enerji Xartiyası Forumu keçiriləcək. Forumda Azərbaycanı Energetika nazirinin müavini Samir Vəliyev təmsil edəcək. Bu barədə Energetika Nazirliyindən fins.az-a məlumat verilib. Məlumatda bildirilir ki, nazir müavininin  forumda “Enerji diversifikasiyası, bərpa olunan enerji və enerji səmərəliliyi” mövzusunda çıxışı nəzərdə tutulub.

Qeyd edək ki, Azərbaycan Beynəlxalq Enerji Xartiyası ilə 1994-cü ildən etibarən əməkdaşlıq edir. Ötən il ölkəmiz Beynəlxalq Enerji Xartiyasına (Haaqa II sənədinə) qoşulub. 2020-ci ildə Azərbaycan Beynəlxalq Enerji Xartiyası Konfransına sədrlik edəcək və bu çərçivədə cari ildə Bakıda Beynəlxalq Enerji Xartiyası Forumunun keçirilməsi planlaşdırılır.

 Müəllif:Aynur Qəniyeva 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9097
  • ₽ RUB
    0.0264