SƏNAYE

Pərviz Şahbazov “Mərkəzi Azəri” platformasında
10 İYUN
146

Pərviz Şahbazov “Mərkəzi Azəri” platformasında

2019-06-10 17:16:00

Energetika naziri Pərviz Şahbazov “Mərkəzi Azəri” platformasına baş çəkib.Energetika Nazirliyindən Fins.az-a bildirilib ki, nazir BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz, SOCAR-ın yataqların işlənməsi üzrə vitse-prezidenti Yaşar Lətifov və digər nümayəndələrin iştirakı ilə platformanın ərazisinə baxış keçirib, platformanın fəaliyyəti ilə tanış olub.

Q.Counz “Azəri-Çıraq-Günəşli” yataqlar blokunun cari vəziyyəti, “Mərkəzi Azəri” platformasında aparılmış profilaktik təmir işləri, platformada qurulmuş müasir texniki, təhlükəsizlik sistemi və planlaşdırılan yeni tədbirlər barədə məlumat verib.

Səfər zamanı həmçinin “Azəri-Çıraq-Günəşli” yataqlar blokunun işlənməsinin növbəti mərhələsi olan “Azəri-Mərkəzi-Şərqi” layihəsi çərçivəsində görüləcək işlər diqqətə çatdırılıb.

Qeyd edək  ki, “Mərkəzi Azəri” platforması “Azəri” yatağında quraşdırılmış 3 platformadan biri olmaqla, “Azəri-Çıraq-Günəşli” layihəsinin ilk mərhələsində istismara verilib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9097
  • ₽ RUB
    0.0264