SƏNAYE

Zəminə Əliyeva: "Azərbaycan neft bazarında sabitliyin tərəfdarıdır"
10 İYUN
118

Zəminə Əliyeva: "Azərbaycan neft bazarında sabitliyin tərəfdarıdır"

2019-06-10 16:39:00

"Azərbaycan neft bazarında sabitliyin tərəfdarıdır".Fins.az-ın “Report”a istinadən verdiy məlumat görə,bunu  açıqlamasında Energetika nazirinin müşaviri Zəminə Əliyeva bildirib.Onun sözlərinə görə, Azərbaycan bu məqsədlə qəbul edilən qərarları dəstəkləyən mövqe nümayiş etdirir.

O bildirib ki, OPEC+ nazirlərinin görüşündə bazarın bütün amillər nəzərə alınmaqla təhlili əsasında növbəti addımlar atılacaq.Xatırladaq ki, OPEC+ sazişi 2016-cı ilin dekabr ayında imzalanaraq sonradan bir neçə dəfə uzadılıb. 2018-ci il 7 dekabr tarixində OPEC+ formatı nazirlərinin V müşavirəsi zamanı həmin ilin oktyabr ayı səviyyəsinə nisbətən günlük hasilatı 1,2 mln. barel azaltmaq barədə razılıq əldə olunub. Bunun 812 min bareli OPEC üzv ölkələrinin, 383 min bareli də qeyri-OPEC ölkələrinin payına düşür. 2019-cu ilin birinci yarısında qüvvədə olan razılaşma çərçivəsində Azərbaycan gündəlik hasilatı 20 min barel azaltmaq öhdəliyini götürüb. “Əməkdaşlıq Bəyannaməsi”nin icrası 2019-cu ilin I yarısı üçün nəzərdə tutulub.

OPEC və qeyri-OPEC ölkələrinin növbəti görüşü iyulun 2-4-də Vyanada keçiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9097
  • ₽ RUB
    0.0264