SƏNAYE

SOCAR və BP birgə neft-kimya kompleksinin tikintisini planlaşdırır
08 İYUN
288

SOCAR və BP birgə neft-kimya kompleksinin tikintisini planlaşdırır

2019-06-08 13:22:00

“Star” neft emalı zavodu işə salınma mərhələsindədir. Bunu “SOCAR Turkey” şirkətinin xarici əlaqələr üzrə rəhbəri Murat Lekompte deyib. Fins.az-ın "Trend"-ə istinadən verdiyi məlumata görə,o bildirib ki, zavodda sınaq prosesi demək olar ki, başa çatıb: “Bütün bölmələr istifadəyə verilib, istehsal faktiki olaraq başlayıb. Zavodda reaktiv yanacaq, dizel yanacağı, mayeləşdirilmiş karbohidrogen qazı və digər məhsullar istehsal olunur”. M.Lekomptenin sözlərinə görə, bu ilin sonunadək zavodda 8 milyon tonadək xam neft emal olunacaq. “Petkim” neft-kimya kompleksi barədə danışan rəsmi bildirib ki, müəssisə Türkiyədə ən iri neft-kimya məhsulları istehsalçısıdır: “Hazırda müəssisə bazarda tələbatın təxminən 20 faizini təmin edir. Türkiyədə "Petkim"in müştəriləri 2500-3000 nəfərdir. Ölkə xaricində "Petkim" 11 ölkəyə məhsul ixrac edir. Kompleks 20-dən çox müxtəlif məhsul istehsal edir”. SOCAR-ın Türkiyəyə yatırdığı investisiyaları barədə danışan M.Lekompte vurğulayıb ki, şirkət bu ölkədə ən iri beynəlxalq investordur: “Türkiyəyə ən iri investisiyalar faktiki olaraq Azərbaycandan, SOCAR-dan daxil olur. 2008-ci ildən SOCAR Türkiyədə işə başlayandan bu günədək investisiyaların ümumi həcmi 15 milyard dollar təşkil edib. Əgər planlaşdırılmış məbləğləri əlavə etsək, 19,5 milyard dollar rəqəmini əldə edirik. 2020-ci ildən başlayaraq yeni neft-kimya zavodunun tikilməsi planlaşdırılır. Hazırda bunun üzərində işləyirik, bu işə 2-3 il vaxt gedəcək. Bu, "SOCAR Turkey" ilə BP-nin birgə layihəsidir”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9097
  • ₽ RUB
    0.0264