SƏNAYE

Sberbank Investment Research: 2018-ci ildə SOCAR sərbəst pul axını dinamikasını nəzərə çarpacaq dərəcədə yaxşılaşdırıb
07 İYUN
146

Sberbank Investment Research: 2018-ci ildə SOCAR sərbəst pul axını dinamikasını nəzərə çarpacaq dərəcədə yaxşılaşdırıb

2019-06-07 18:58:00

SOCAR şirkətinin  maliyyə hesabatının göstəriciləri sərbəst pul axını dinamikasını nəzərə çarpacaq dərəcədə yaxşılaşmasından xəbər verir. “SOCAR 2018-ci il ərzində Maliyyə Hesabatlarının Beynəlxalq Standartları üzrə emitent avro ilə buraxılan istiqraz sahibləri üçün maraq kəsb edən nəticələri dərc edib. Nəticələr, əsasən dövriyyə kapitalnın mühüm dərəcədə azad edilməsi ($1,3 mlrd.) və şirkətin kapitalına dövlət vəsaitinin cəlb edilməsi hesabına (əsasən ödənilməyən kredittin səhmlərinə konvertasiya hesabına, $0,6 mlrd.) sərbəst pul axını dinamikasının nəzərə çarpacaq dərəcədə yaxşılaşdığını nümayiş etdirir”, - “Sberbank Investment Research”ın hazırladığı “Borc bazarları bu gün” analitik icmalında qeyd olunur. Dövriyyə kapitalının azad edilməsi ticarət əməliyyatları üzrə debitor borcların azalmasını əks etdirir və, yəqin ki, həmçinin şirkətin treydinq bölkməsinin dövriyyə kapitalının dəyişilməsindən xəbər verir. Həmin treydinq bölməsi SOCAR-ın hesabatında təqribən mədaxilin üzdə iki hissəsini təmin edir. Onların rəyinə görə, SOCAR sərbəst pul axınlarını əsasən qısamüddətli borcun azalması və pul vəsaitinin bir qədər artması üçün istifadə edib. Pul vəsaitinin həcmi $4,2 mlrd.-a qədər artıb, bunun təxminən $0,85 mlrd.-ı “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin depozitlərində təqdim olunur. “İki il öncə ABB-nin xaotik restrukturizasiyasından sonra S&P agentliyi SOCAR-ın reytinqini BB- səviyyəsinə qədər, yəni Azərbaycanın suveren reytinqindən iki pillə aşağı azaldıb. Faktiki nəticələr gözləntiləri üstləməsi səbəbindən reytinq agentliyinin ARDNŞ-nin reytinqinə müsbət şərh verməsi mümkündür”, - “Sberbank Investment Research”da hesab edirlər. Eyni zamanda, analitiklər vurğulayırlar ki, şirkətin maliyyə borcuna əsasən, 2018-ci ildə SOCAR bazardan ödəniş tarixi 2030-cu ildə olan avro ilə mühüm həcmdə istiqrazlar alıb. “Qeyd etmək lazımdır ki, 2018-ci ilin sonunadək kağızlar nominaldan 108% orta qiymət ilə satışa çıxarııb və heç zaman nominaldan aşağı düşməyib, beləliklə istiqrazlar nominaldan baha qiymətə alınıb”, - “Sberbank Investment Research”da qeyd edirlər

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9097
  • ₽ RUB
    0.0264