SƏNAYE

TAP üzrə Albaniyada dənizdə aparılan tikinti işləri başa çatdırılıb
07 İYUN
154

TAP üzrə Albaniyada dənizdə aparılan tikinti işləri başa çatdırılıb

2019-06-07 15:31:00

Trans-Adriatik kəmərinin (TAP) dəniz hissəsinin tikintisi çərçivəsində Adriatik dənizinin Albaniyada olan ərazisində borudüzmə işləri başa çatdırılıb.

Fins.az-ın verdiyi məlumata görə, bu əməliyyata layihənin "offshore" hissəsinin dizayn, satınalma, tikinti və quraşdırma üzrə podratçısı olan "Saipem" şirkəti boru kəmərinin tikintisi üçün “Castoro 10” borudüzən barjı cəlb edib. Polad boruları sahildən 1,4 km məsafədə olan gəmidə qaynaq edilib, yoxlanılıb və dənizin dibinə buraxılıb.

Qeyd edək ki, Cənub Qaz Dəhlizi layihəsinin bir hissəsi olan TAP kəməri ilə "Şahdəniz-2" layihəsi çərçivəsində hasil olunan qazın ilkin olaraq ildə 10 mlrd. kubmetrinin Avropaya nəqli nəzərdə tutulur. Bu boru kəməri Yunanıstan, Albaniya və Adriatik dənizindən keçməklə İtaliyanın cənubuna qədər uzanacaq.

Azərbaycan qazının Avropaya 2020-ci ildə çatdırılacağı nəzərdə tutulur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9396
  • ₽ RUB
    0.0272