SƏNAYE

"Antipinski neft emalı zavodu bu ay işini bərpa edəcək"
07 İYUN
144

"Antipinski neft emalı zavodu bu ay işini bərpa edəcək"

2019-06-07 15:10:00

SOCAR-ın nəzarətində olan Rusiyanın Antipinski neft emalı zavodu müflisləşmə prosedurundan keçir və iyun ayının sonunda normal işini bərpa edəcək.

Fins.az-ın APA-ya  istinadən verdiyi xəbərə görə, bunu “Sberbank”ın rəhbəri German Qref bildirib.

"Zavodu müflisləşmə prosesindədir, lakin, eyni zamanda, biz böyük təcrübəyə malik olan iri sənaye tərəfdaşı cəlb edə bilmişik. Ona görə də ən qısa zamanda zavodun iş qabiliyyətini bərpa etməyi planlaşdırırıq və çalışacağıq ki, iyun ayında zavod işini davam etdirsin”, - deyə G. Qref bildirib.

Qeyd edək ki, “Sberbank” və SOCAR-ın birgə müəssisəsi “SOCAR Enerqoresurs” müflis vəziyyətində olan Antipinski NEZ-in səhmlərinin 80%-ni əldə edib. Beləliklə, birgə müəssisə NEZ-i və onun aktivlərini formalaşdıran Orenburq vilayətində yerləsən yataqları öz nəzarəti altına götürüb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9396
  • ₽ RUB
    0.0272