SƏNAYE

SOCAR: Apreldə Belarusla neft idxalı ilə bağlı görüşlər keçirilib
04 İYUN
125

SOCAR: Apreldə Belarusla neft idxalı ilə bağlı görüşlər keçirilib

2019-06-04 15:53:00

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə Belarus tərəfi arasında aprel ayının sonlarında bu ölkəyə neft idxalı ilə bağlı görüşlər keçirilib.

“Bu ilin aprel ayının sonlarında Belarus tərəfi ilə neft idxalına dair görüşlər keçirilib, qarşı tərəfə təchizatı mümkün olan neft növləri barədə məlumat verilib. Hazırda Belarusa neftin satışı ilə bağlı hər hansı razılaşma imzalanmayıb”, - məlumatda qeyd edilib.

Qeyd edək ki, Belarusun “Belneftxim” konserni Rusiyadan “Drujba” neft kəməri vasitəsilə nəql edilən çirkli neft səbəbindən nefti digər istiqamətlərdən, həmçinin Azərbaycandan almaq niyyətində olduqlarını açıqlamışdı.

© Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9396
  • ₽ RUB
    0.0272