SƏNAYE

Vahid Əhmədov: “İki neftmaşınqayırma zavodunun inşası ilə bağlı Prezidentə müraciət etmişəm”
04 İYUN
126

Vahid Əhmədov: “İki neftmaşınqayırma zavodunun inşası ilə bağlı Prezidentə müraciət etmişəm”

2019-06-04 15:51:00

“Azərbaycanda iki neft maşınqayırması zavodu inşa etmək lazımdır”.

Fins.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında - “2018-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin II oxunuşda müzakirəsində deputat Vahid Əhmədov deyib.

Onun sözlərinə görə, bununla bağlı Prezident İlham Əliyevə məktub da yazıb.

“Ölkədə iri sənaye müəssissələrinin yaradılmasına çalışmalıyıq. Bunun üçün vəsaitimiz də var. Bunlar elə müəssisələr olmalıdır ki, orada ən azı 7- 10 min insan çalışa bilsin. Ona görə də, mən iki neftmaşınqayırması zavodunun inşası ilə bağlı ölkə rəhbərliyinə müraciət etmişəm”, - millət vəkili qeyd edib.

V.Əhmədov həmçinin Azərbaycandan sənaye məhsullarının ixracı ilə bağlı ciddi problemlərin olduğunu deyib: “Kənd təsərrüfatı naziri İnam Kərimov bu vəzifəyə təyin olunduqdan sonra kənd təsərrüfatı məhsullarının ixracı kəskin artıb. Sənaye məhsullarının ixracı ilə bağlı problemlər isə qalıb”.

Deputat ölkəyə idxal olunan məhsullara tətbiq edilmiş vergilərin dərəcələrindən də narahatlığını ifadə edib: “İdxal vergiləri bizdə kifayət qədər yüksəkdir. Əlavə dəyər vergisinin diferensiallaşdırılmasını həyata keçirməliyik”. 

© Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9396
  • ₽ RUB
    0.0272