SƏNAYE

Neft Fondu bu ölkədə suveren istiqrazlara $300 mln.-dan artıq vəsait yatırıb
04 İYUN
220

Neft Fondu bu ölkədə suveren istiqrazlara $300 mln.-dan artıq vəsait yatırıb

2019-06-04 09:52:00

Azərbaycan Dövlət Neft Fondu 2018-ci ildə investisiya retyutinqinə malik olmayan qiymətli kağızlar, depozitlər və cari hesabalara sərmayələri 2,8 dəfə - $311 mln. 118,322 minə qədər azaldıb, bunun əvəzində Türkiyə suveren istiqrazlarına vəsait yönəltməyə başlayıb.

Fins.az xəbər verir ki, bu barədə Hesablama Palatasının Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2018-ci il büdcəsinin icrası barədə rəyində məlumat verilir.

Hesabalama Palatasının məlumatına görə, ötən il ARDNF Türkiyənin 3 bankında lirə və avro ilə depozitləri bağlayıb – “Turkiye İş bankası” ($404 mln. 620,408 min), "Ziraat Bank" ($277 mln. 779,759 min) və "AK Bank" ($172,115 mln.).“2018-ci ilin iyun ayından başlayaraq türk lirəsində ifadə olunan depozitlərin bitmə tarixləri nəzərə alınmaqla mərhələli şəkildə vəsaitlər suveren istiqrazlara yatırılıb. Ötən ilin sonuna onların həcmi $309 mln. 131,669 min təşkil edib”, - rəydə bildirilir.

O cümlədən, investisiya reytinqinə malik olmayan qiymətli kağızlara sərmayələrin azalması Rusiyanın “VTB” bankının reytinqinin investisiya dərəcəsinə qədər reytinqə keçməsi nəticəsində həmin bankın hesablarında ARDNF-nin vəsaiti digər maddə ilə təsnifləşdirlib ($2 mln. 737,838 min).

Həmçinin, “Kaupthing” Bankının investisiya dərəcəli reytinqindən qeyri-investisiya reytinqinə keçməsi ilə əlaqədar Fond “Kaupthing Convertible Notes 2031” istiqrazlarına etdiyi investisiyaların qaytarılması üzrə 2018 il ərzində 1,598,468 ABŞ dolları məbləğində vəsaiti geri qaytarıb. 2018- ci il 31 dekabr tarixinə 328082,0 ABŞ dolları məbləğində qiymət dəyişkənliyindən yaranmış 22 zərər, habelə, 145241,0 ABŞ dolları məbləğində məzənnə fərqindən yaranan zərər nəzərə alınmaqla 1,986,653 ABŞ dolları məbləğində investisiya qalığı qalıb.

1999-cu ildə yaradılmış ARDNF-də neft müqavilələrinin reallaşmasından, əsasən dövlətin mənfəət neftinin satışından, ölkə ərazisində neft və qaz nəqlinə görə tranzit tariflərindən, dövlət əmlakının icarəsindən və digər mənbələrdən daxil olan gəlirlər toplanır.

 Müəllif:Aynur Qəniyeva 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9396
  • ₽ RUB
    0.0272