SƏNAYE

“Cənub Qaz Dəhlizi” aktivlərini 16% artırıb
03 İYUN
180

“Cənub Qaz Dəhlizi” aktivlərini 16% artırıb

2019-06-03 18:03:00

“Cənub Qaz Dəhlizi” QSC-nin (CQD) cəmi aktivləri bu il yanvarın 1-nə 12 884,424 mln. ABŞ dolları təşkil edib.

Fins.az xəbər verir ki, Report bu barədə şirkətin 2018-ci ilin audit olunmuş konsolidə edilmiş maliyyə hesabatına əsasən xəbər verir.

Bu, ötən il yanvarın 1-i ilə müqayisədə 16% çoxdur.

2018-ci ildə CQD-nin uzunmüddətli aktivləri 10%artaraq 12 031,821 mln. dollar, cari aktivləri isə 4,5dəfə artaraq 852,603 mln. dollar olub.

Hesabat dövründə şirkətin cəmi öhdəlikləri 22% artaraq 9 468,829 mln. dollar, o cümlədən uzunmüddətli öhdəlikləri 23% artaraq 8 996,135 mln. dollar, cari öhdəlikləri isə 6% artaraq 472,694 mln. dollar, cəmi kapitalı isə 2,85% artaraq 3 415,595 mln. dollar təşkil edib.

Qeyd edək ki, “Cənub Qaz Dəhlizi” QSC ölkə Prezidentinin “Şahdəniz qaz-kondensat yatağının istismarının ikinci mərhələsi və Cənub Qaz Dəhlizinin yaradılmasına dair digər layihələrlə bağlı bəzi tədbirlər haqqında” 2014-cü il 25 fevral tarixli sərəncamı əsasında yaradılıb. QSC-nin səhmlərinin 51%-i dövlət mülkiyyəti olmaqla İqtisadiyyat Nazirliyinə, 49%-i isə SOCAR-a məxsusdur. “Cənub Qaz Dəhlizi” QSC Azərbaycandan Avropaya təbii qazın çatdırılması üçün hazırda inşası davam edən, uzunluğu 3 500 km-dən artıq olan və Avropa İttifaqı tərəfindən dəstəklənən Cənub Qaz Dəhlizi beynəlxalq qaz layihəsində Azərbaycanın maraqlarını təmsil edən şirkətdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır