SƏNAYE

Yastı Prokat və Boru üzrə Beynəlxalq Konfrans
04 İYUN
417

Yastı Prokat və Boru üzrə Beynəlxalq Konfrans

2019-06-04 11:52:00

“Unimetal” MMC-nin dəstəyi ilə 3-4 İyun tarixində Bakıda “Yastı Prokat və Boru üzrə Beynəlxalq Konfrans” keçirilib.

Fins.az-ın məlumatına görə, 17-cı dəfə keçirilən konfransın ilk dəfə Bakıda keçirilməsində təşəbbüskar şirkət olan “Unimetal” MMC, MDB ölkələrindən 100-dən artıq nümayəndəni şəhərimizdə toplayıb.. Konfransda müxtəlif ölkələrin ən böyük metal istehsalçıları Maqnitorskiy MK, Severstal, MetinVest, Evraz Holdinq, Novolipetsk MK, АММЕТ, Metal Ekspert, TMK, Arcellor Mittal və s. bir araya gələrək yeni istehsal xətləri, istehsal həcmləri müzakirə edilib. 

Çin, Rusiya, ABŞ kimi ölkələrin metallurgiya bazarında qiymət amilinə təsiri barədə geniş müzakirələr aparılan konfransda bir çox mövzuda fikir mübadilələri aparılıb.  MDB ölkələri arasındakı əməkdaşlığın istehsalçı və istehlakçıların xeyirinə olduğuna vurğulanaraq əməkdaşlıq müqavilələri imzalanıb.

Konfransda çıxış edən  “Unimetal” MMC-nin direktoru Rüfət Əzizov şirkətin istehsal müəssisələri, zavodları haqqında məlumat verib. Ölkədə sənayenin inkişafı üçün atılan yeni addımlar barədə  polimer örtüklü dəmir istehsalı zavodu “Prometal” MMC haqqında da iştirakçılar məlumatlandırıb. Azərbaycanın metal məhsulları haqqında kifayət qədər informasiya toplayan xarici təmsilçilərlə yerli təmsilçi arasında müqavilələr imzalanıb. 

 Müəllif: Aynur Qəniyeva 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır