SƏNAYE

Sumqayıt Kimya Sənaye Parkı Beynəlxalq Xəzər Neft və Qaz Sərgisində
03 İYUN
205

Sumqayıt Kimya Sənaye Parkı Beynəlxalq Xəzər Neft və Qaz Sərgisində

2019-06-03 17:35:00

Sumqayıt Kimya Sənaye Parkı mayın 29-dan iyunun 1-dək "Bakı Ekspo" Sərgi Mərkəzində keçirilən 26-cı Beynəlxalq Xəzər Neft və Qaz Sərgisində öz stendi ilə təmsil olunub.Bu barədə fins.az-a Sumqayıt Kimya Sənaye Parkı-ında məlumat verilib.Məlumatda bildirilir ki,stenddə Sumqayıt Kimya, Mingəçevir, Qaradağ və Pirallahı sənaye parkları, həmin parkların rezidentləri, parkda iş adamlarına təklif olunan güzəştlər barədə məlumatlar yer alıb. Həmçinin, stenddə Sumqayıt Kimya Sənaye Parkının fəaliyyət istiqamətini özündə əks etdirən video çarx nümayiş etdirilib. Sərgini ziyarət edənlərə sənaye parkları haqqında ətraflı məlumat verilib, sənaye parkları barədə təşviqat materialları təqdim olunub. Sumqayıt Kimya Sənaye Parkının stendində yerləşdirilmiş məlumatlar sərgi iştirakçılarının və ziyarətçilərin marağına səbəb olub.

Sumqayıt Kimya Sənaye Parkının əməkdaşları sərgi çərçivəsində kimya və neft-kimya, mühəndislik sahələrində fəaliyyət göstərən xarici şirkətlərin nümayəndələri ilə görüşüblər. Görüş çərçivəsində qarşılıqlı maraq doğuran məsələlər ətrafında müzakirələr aparılıb, iş adamlarının sənaye parklarının rezidenti olma şərtlərinə dair sualları cavablandırılıb.

 Müəllif:Aynur Qəniyeva 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır