SƏNAYE

Türkmənistan prezidentindən I Xəzər iqtisadi forumu ilə bağlı açıqlama
03 İYUN
237

Türkmənistan prezidentindən I Xəzər iqtisadi forumu ilə bağlı açıqlama

2019-06-03 16:52:00

Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov MDB ölkələrinin nümayəndə heyətlərini I Xəzər iqtisadi forumuna dəvət edib. Bu barədə fins.az "TASS"-a istinadən məlumat verir. Məlumatda bildirilir ki,  Türkmənistan lideri MDB Hökumət Başçıları Şurasının geniş tərkibdə iclasını açarkən bu barədə açıqlama  verib.O bildirib ki, “Qarşıdakı forumda Xəzərdə əməkdaşlığın perspektivləri üzrə geniş kontekstdə ciddi danışıqlar aparılacaq. Fürsətdən istifadə edərək bütün MDB ölkələrinin nümayəndə heyətlərini tədbirə dəvət edirəm”. Q.Berdiməhəmmədov Xəzər regionunun Avrasiyada qarşılıqlı iqtisadi fəaliyyət baxımından aparıcı rolu olduğunu vurğulayıb.

Qeyd edək ki, I Xəzər iqtisadi forumu avqustun 12-də Türkmənbaşı şəhərində keçiriləcək.

 Müəllif:Aynur Qəniyeva 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır