SƏNAYE

Valeh Ələsgərov: "Azərbaycan yataqlardan yeni texnologiyalarla daha çox neft və qaz hasil edəcək"
24 MAY
199

Valeh Ələsgərov: "Azərbaycan yataqlardan yeni texnologiyalarla daha çox neft və qaz hasil edəcək"

2019-05-24 14:48:00

“2050-ci ilə qədər enerji ehtiyatlarının 80 faizi kömür, neft və qaz olacaq. Halbuki əvvəllər kömürdən istifadənin dayandırılacağı barədə fikirlər səsləndirilirdi. Qeyd edim ki, indiyə qədər kömürdən istifadə 4 dəfə artıb və bu gün dünyada ən çox istifadə edilən enerji vasitəsi məhz kömürdür”.

Fins.az xəbər verir ki, bunu “Azərbaycanda enerji təhlükəsizliyi” mövzusunda keçirilən “dəyirmi masa”da çıxış edən Milli Məclisin (MM) sədr müavini Valeh Ələsgərov deyib.

O bildirib ki, yeni texnologiyalardan istifadə edilərək Azərbaycanda yataqlardan daha çox neft və qaz hasil ediləcək.

MM sədrinin müavini əlavə edib ki, gələcəkdə mütləq şəkildə yeni yataqlar aşkar ediləcək: “Torpaq altında 0 dərəcədən aşağı olan yerlərdə su ilə birgə donmuş trilyonlarla kubmetr həcmdə qaz ehtiyatları var. Gələcəkdə təbii ki, belə yataqlardan da istifadə edilməsi texnologiyası tapılacaq”.

V.Ələsgərov qeyd edib ki, Azərbaycan nefti və qazı ilə özünü dünyada etibarlı tranzit ölkəsi kimi tanıdıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır