SƏNAYE

Azərbaycan, Gürcüstan və Rusiyanın elektrik enerjisi sistemlərinin birləşdirilməsi imkanları müzakirə olunur
24 MAY
176

Azərbaycan, Gürcüstan və Rusiyanın elektrik enerjisi sistemlərinin birləşdirilməsi imkanları müzakirə olunur

2019-05-24 14:43:00

Tbilisidə Azərbaycan, Gürcüstan və Rusiyanın elektroenergetika operatorlarının görüşü keçirilib.

Fins.az-ın Report-a istinadən verdiyi xəbərə görə, görüşdə "Azərenerji" ASC, “Gürcüstanın Dövlət Elektrosistemi” SC və Rusiyanın “Vahid Enerji Sisteminin Sistem Operatoru” SC-nin nümayəndələri iştirak ediblər.

Görüşdə üç ölkənin elektrik enerjisi sistemlərinin birləşdirilməsi imkanları müzakirə olunub. Tərəflər elektrik ötürücü xətlərinin gücləndirilməsi barədə koordinasiya olunmuş addımlar, enerjinin ötürülməsi üçün tənzimləyici mexanizmlər və paralel fəaliyyətin texniki detallarını nəzərdən keçiriblər.

Bildirilib ki, birləşdirilmiş enerji sistemləri Gürcüstan, Azərbaycan və Rusiyanın enerji sistemlərinin dayanıqlığını əhəmiyyətli dərəcədə artıracaq, elektrik enerjisinin keyfiyyətini, ötürücü xətlərin idxal-ixrac gücünü və etibarlılığını yüksəldəcək. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır