SƏNAYE

“ExxonMobil” bu ölkədə neft yatağından əməkdaşlarını təxliyyə edib
19 MAY
194

“ExxonMobil” bu ölkədə neft yatağından əməkdaşlarını təxliyyə edib

2019-05-19 12:53:00

Fins.az "report"-a istinadən məlumat verir ki,ABŞ-ın “ExxonMobil” şirkəti Bəsrədəki (İraq) “Qərbi Kurna-1” yatağında çalışan bütün əcnəbi əməkdaşlarını təxliyyə edib.

Məlumata görə, əməkdaşların bir qismi cümə günü, digər qismi isə bu gün səhər təxliyyə edilib. Bəzi işçilərin Dubaya göndərildiyi bildirilir.

Məlumata görə, xarici əməkdaşların təxliyyəsi yataqda neft hasilatına təsir etməyib.

Qeyd edək ki, mayın 15-də Dövlət Departamenti fövqəladə vəziyyətlə əlaqədar olmayan bütün dövlət qulluqçularının Bağdaddakı səfirlikdən və Ərbildəki konsulluqdan çıxarılması barədə göstəriş verib. ABŞ həmçinin terror, insan oğurluğu və silahlı münaqişələr ilə əlaqəli regiondakı təhdidlər səbəbindən vətəndaşlarını İraqa səfər etməməyə çağırıb

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9164
  • ₽ RUB
    0.0263