SƏNAYE

Türkiyənin dövlət orqanları SOCAR-ın “EWE A.G” şirkətinin aktivlərinin satın alınmasına üzrə əqdini təsdiq edib
17 MAY
273

Türkiyənin dövlət orqanları SOCAR-ın “EWE A.G” şirkətinin aktivlərinin satın alınmasına üzrə əqdini təsdiq edib

2019-05-17 17:38:00

Türkiyənin Enerji BazarınınTənzimləmə Şurası (EPDK) və Türkiyənin Rəqabət işləri üzrə Şurası SOCAR (ARDNŞ) şirkətinin Almaniyanın “EWE A.G” enerji şirkətinə məxsus “Bursagaz” və “Kayserigaz” şirkətlərinin satın alınmasını təsdiq edib. Fins.az-ın məlumatına görə, bu barədə Türkiyənin “Haberturk” nəşri məlumat verir.

Xəbər verildiyi kimi, SOCAR 2019-cu ilin yanvar ayında “SOCAR “EWE A.G” enerji şirkətinin Türkiyədəki əməliyyatlarını idarə edən EWE Turkey Holdingi və qrupa daxil olan şirkətlərin satın alınmasını elan edib.

“EPDK və ürkiyənin Rəqabət işləri üzrə Şurası ARDNŞ tərəfindən “Bursagaz” və “Kayserigaz” şirkətlərinin satın alınmasını təsdiq edib. Sırada SOCAR tərəfindən “Millenicom” telekommunikasiya şirkətinin satın alınmasının Türkiyə İnformasiya və Kommunikasiya Texnologiyaları İdarəsinin (BTK) təsdiq etməyi durur. Bu orqan tərəfindən qərarın bir həftə ərzində qəbul edilməsi gözlənilir”, - nəşr qeyd edir.

Məlumata əsasən, bütövlükdə EWE-nin Türkiyədəki enerji və telekommunikasiya aktivlərinin SOCAR-ın sərəncamına verilməsi prosesinin 29 may 2019-cu ildə başa çatması planlaşdırılır.

Nəşr həmçinin bildirir ki, SOCAR-ın EWE Turkey Holding və bura daxil olan şirkətlərin satın alınması üzrə əqdin dəyəri $140 mln. təşkil edir.

EWE Turkey Holding Bursagaz və Kayserigaz ilə Türkiyənin dördüncü böyük təbii qaz tədarükçüsüdür.

Hazırda “SOCAR Turkey Enerji” “Petkim Petrokimya Holding”in nəzarət səhm paketinin (51%) sahibidir. “Star” neft emalı zavodu, konteyner terminalı və elektrik stansiyasının tikintisini həyata keçirən şirkət, həmçinin daxili bazara qaz tədarük edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9142
  • ₽ RUB
    0.0271