SƏNAYE

“Azərişıq" Qərb regionunun enerjisi təminat sistemini yenidən qurur
17 MAY
105

“Azərişıq" Qərb regionunun enerjisi təminat sistemini yenidən qurur

2019-05-17 14:57:00

“Azərişıq” ölkə üzrə bütün abonentlərin dayanıqlı və keyfiyyətli elektrik enerjisi təminatında yüksək nəticələri almaqda davam edir. İstismar müddətini başa vurmuş elektrik şəbəkələri yenidən qurularaq, texniki itkilərin səviyyəsinin minimuma endirilməsi, kənd təsərrüfatı, sənaye, turizm və digər iaşə obyektlərinin fasiləsiz elektrik enerjisi ilə təmin edilməsi məqsədilə cari ilin ötən aylarında qərb regionunda irimiqyaslı yenidənqurma işləri həyata keçirilib və hazırda davam etdirilir.                                                   

Fins.az-ın məlumatına görə,  Tovuz rayonunda da elektrik enerjisinin verilişində köklü dəyişikliklərə nail olunub. Ötən aylarda görülən işlər sırasında 8 kilometr uzunluğunda olan 6 kilovoltluq (kV) “Aqropark” hava xətti də var. Tam tikilib istifadəyə verilən bu xətt vasitəsilə kənd təsərrüfatı məhsullarının istehsalı üçün münbit şərait yaradılıb. Uzunluğu 5,74 kilometr olan “Ağdam” hava xəttində isə dayaqlar tam dəyişdirilib, 10 kV-luq dayaqlar  quraşdırılıb. Rayonun Hunanlar kəndində 3 ədəd, Sarıtala və Qaraboyunlar kəndlərində isə 2 ədəd komplekt transformator məntəqəsi (KTM) quraşdırılıb, ötürücü dayaqlar dəyişdirilib və SİP kabelləşmə işi aparılıb.

 Müəllif:Aynur Qəniyeva

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9008
  • ₽ RUB
    0.0262