SƏNAYE

Maliyyə nazirindən “Exxon” və “Chevron” şirkətlərinin paylarının alınmasıyla bağlı açıqlama
17 MAY
235

Maliyyə nazirindən “Exxon” və “Chevron” şirkətlərinin paylarının alınmasıyla bağlı açıqlama

2019-05-17 14:30:00

Azərbaycan “Azəri-Çıraq-Günəşli” yataqlar blokunun işlənməsi layihəsindən çıxmaq niyyətində olan Amerikanın “Exxon” və “Chevron” şirkətlərinin paylarının alınması üçün avrobondların yerləşdirilməsini planlaşdırmır. Fins.az -ın məlumatına görə, bunu  maliyyə naziri Samir Şərifov deyib.“Biz “Exxon” və “Chevron” şirkətlərinin AÇG layihəsindəki paylarının alınması üçün bondların buraxılmasını planlaşdırmırıq”, - S.Şərifov bildirib. 2018-ci ilin dekabr ayında “Exxon” və “Chevron” AÇG layihəsindəki paylarını satmaq planları barədə bəyan ediblər.

Daha əvvəl SOCAR-ın prezidenti Rövnəq Abdullayev bildirmişdi ki, SOCAR və onun “Azəri-Çıraq-Günəşli” yataqlar blokunun işlənməsi layihəsi üzrə tərəfdaşları satışa çıxarılacaq payların alınması ilə bağlı tenderdə iştirak etmək niyyətindədir.Aprelin əvvəlində verilən məlumata görə, ВР şirkəti “Exxon” və “Chevron” şirkətlərinin AÇG layihəsindəki paylarının alınmasını nəzərdən keçirməyə hazırdır.

Sözügedən layihədə BP (Britaniya - layihənin operatoru) 30,37%, SOCAR 25%, “Chevron” (Amerika) 9,57%, “ExxonMobil” (Amerika) 6,79%, ONGC (Hindistan) 2,31%, “Inpex Corp.” (Yaponiya) 9,31%, “ITOCHU Oil” (Yaponiya) 3,65%, “Statoil” (Norveç) 7,27%, TPAO (Türkiyə) 5,73% pay sahibidir

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır