SƏNAYE

“Azərbaycan Sənaye Korporasiyası” “WorldFood Azerbaijan”və “Caspian Agro” sərgisində
17 MAY
100

“Azərbaycan Sənaye Korporasiyası” “WorldFood Azerbaijan”və “Caspian Agro” sərgisində

2019-05-17 12:18:00

XXV Azərbaycan Beynəlxalq Qida Sənayesi - “WorldFood Azerbaijan” və XIII Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı - “Caspian Agro” sərgisində “Azərbaycan Sənaye Korporasiyası” ASC də iştirak edir.

Fins.az-ın məlumatına görə, “Azərbaycan Sənaye Korporasiyası” ASC  bu sərgidə  “Azərpambıq Aqrar Sənaye Kompleksi” MMC, “Azərtütün Aqrar Sənaye Kompleksi ” MMC,  “Azəripək” MMC, “ASK Heyvandarlıq” MMC  və  “ASK Şəki Şərab” zavodu ilə təmsil olunurdu. Bu müəssisələr ölkənin aqrar sahəsində xüsusi çəkiyə malik olmaqla, müvafiq istiqamətlər üzrə məhsul istehsalını həyata keçirir, onalrın fəaliyyətləri 20-dən çox rayonu əhatə edir və kənd təsərrüfatı məhsullarının istehsalı sahəsində minlərlə fermerə dəstək göstərirlər.  

 “WorldFood Azerbaijan” və “Caspian Agro” sərgilərində Azərbaycanla yanaşı, Litva, Rusiya, Sloveniya, Ukrayna, Xorvatiya, İtaliya, Türkiyə, Şri-Lanka,Gürcüstan, Niderland Krallığı  və  digər ölkələri təmsil edən şirkətlər də iştirak edirdi.  Ənənəvi olaraq, sərgidə Rusiyanın Başqırdıstan, Penza, Voronij, Vladimir, Kabarda-Balkar kimi regional qrupları da təmsil olunub. 

 Yerli və beynəlxalq istehsalçılar, distribyutorlar və ixracatçıların unikal görüş yerinə çevrilən bu sərgi “Azərbaycan Sənaye Korporasiyası” ASC üçün də istər yerli, istərsə də ölkələr arasında yeni biznes və iqtisadi ticarət əlaqələrinin inkişafına start vermək baxımından əhəmiyyət daşıyır.

 

 

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.8964
  • ₽ RUB
    0.0264