SƏNAYE

Pərviz Şahbazov OPEC+ ölkələri Monitorinq Komitəsinin iclasında iştirak edəcək -FİNS
15 MAY
174

Pərviz Şahbazov OPEC+ ölkələri Monitorinq Komitəsinin iclasında iştirak edəcək -FİNS

2019-05-15 12:05:00

Azərbaycanın energetika naziri Pərviz Şahbazov mayın 19-da Səudiyyə Ərəbistanının Ciddə şəhərində OPEC+ ölkələri Nazirlərinin Birgə Monitorinq Komitəsinin iclasında iştirak etməyi planlaşdırır. Fins.az xəbər verir ki, bunu Energetika Nazirliyinin mətbuat xidmətinin rəhbəri, nazirin müşaviri Zəminə Əliyeva məlumat verib.“Mayın 19-da Ciddədə JMMC-nin iclasında P.Şahbazovun iştirakı planlaşdırılır”, - Z.Əliyeva bildirib.

Xəbər verildiyi kimi, OPEC Katibliyi OPEC+ sazişinin hər bir üzv ölkəsinin nazirlərini öhdəliklərin icrasına dair nazirlər komitəsinin may ayında keçiriləcək iclasında iştiraka dəvət edib.Altı ölkənin - Rusiya, Səudiyyə Ərəbistanı, Əlcəzair, Venesuela, Küveyt və Omanın energetika nazirləri Komitəyə daxildirlər.Martın 18-də Bakıda keçirilən iclas zamanı nazirlər bazarda qeyri-müəyyənılik səbəbindən üzv ölkələrin nazirlərinə heç bir tövsiyyələr verməyiblər. Xüsusilə, ABŞ-ın İran neftinin idxalı üzrə sanksiyaları aradan götürülməsini uzadıb və ya uzatmayacağına dair anlayış yoxdur.Aprelin sonunda ABŞ bəyan edib ki, mayın 2-də azad olunmanı uzatmayacaq və bildirib ki, Səudiyyə Ərəbistanı və OPEC-ə üzv digər ölkələr bazarda İran neftinin itkisini ödəyə biləcəklər.

İclası Bakıda keçirilən Komitə həmçinin İraq, Qazaxıstan və Nigeriyanın nazirərini OPEC+ ölkələri Nazirlərinin birgə Monitorinq Komitəsinə daxil etməyi tövsiyyə edib. Onlar Komitənin tərkibində Oman, Əlcəzair və Venesuelanın nazirlərini əvəz edə bilərlər.Dekabrın 7-də qəbul olunan OPEC+ üzrə yeni sazişə əsasən, OPEC üzvləri neft hasilatını sutkada 800 min barrel, kartelə daxil olmayan ölkələr isə 400 min barrel azaldacaqlar.

Azərbaycan OPEC+ ilə razılıq çərçivəsində gündəlik neft hasilatını 2018-ci ilin sentyabr ayının göstəricisi ilə müqayisədə 2,5 % və ya 20 min barrel - 776 min barrelədək azaltmaq öhdəliyi götürüb.OPEC vəı OPEC və qeyri OPEC ölkələrinin nazirlərinin növbəıti görüşü müvafiq olaraq 25 və 26 iyun tarixlərinə təyin olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9142
  • ₽ RUB
    0.0271