SƏNAYE

Rövnəq Abdullayev Qalmaz qaz anbarının yeni kompressor stansiyasını açıb
15 MAY
242

Rövnəq Abdullayev Qalmaz qaz anbarının yeni kompressor stansiyasını açıb

2019-05-15 10:14:00

 Fins.az-ın məlumatına görə,  SOCAR-ın prezidenti Rövnəq Abdullayevin iştirakı ilə Qalmaz yeraltı qaz anbarının qaz həcminin 1 milyard m3-dən 1,5 milyard m3-ə çatdırılması məqsədi ilə inşa edilmiş 3 saylı yeni kompressor stansiyasının istismara verilməsi mərasimi keçirilib. Gündəlik məhsuldarlığı 3 milyon m3 həcmində olan yeni kompressor stansiyası Qalmaz yeraltı qaz anbarının sutkalıq məhsuldarlığını 30% artıraraq, 10 milyon m3-dən 13 milyon m3-ə çatdıracaq. 

Anbara əlavə qaz həcmlərinin vurulması təbii qaza olan tələbatın kəskin artdığı qış aylarında tədarük edilmiş qaz həcmlərinin daha böyük həcmdə çıxarılması və istehlakçılara çatdırılması üçün şərait yaradır.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9005
  • ₽ RUB
    0.0263