SƏNAYE

SOCAR-ın "Qalmaz" qaz anbarında yeni kompressor stansiyası barədə açıqlaması
14 MAY
251

SOCAR-ın "Qalmaz" qaz anbarında yeni kompressor stansiyası barədə açıqlaması

2019-05-14 19:36:00

SOCAR şirkəti çərşənbə axşamı Qalmaz yeraltı qaz anbarında yeni kompressor stansiyasını istismara verib. Bu barədə şirkətdən fins.az-a məlumat verilir. “Gündəlik məhsuldarlığı 3 mln. kubmetr həcmində olan 3 saylı yeni kompressor stansiyasının istismara verilməsi Qalmaz yeraltı qaz anbarının sutkalıq məhsuldarlığını 30% - 10 mln. kubmetrdən 13 mln. kubmetrədək artıracaq. Anbara əlavə qaz həcmlərinin vurulması təbii qaza olan tələbatın kəskin artdığı qış aylarında tədarük edilmiş qaz həcmlərinin daha böyük həcmdə çıxarılması və istehlakçılara çatdırılması üçün şərait yaradır”, - məlumatda deyilir.

Bildirilir ki, yeni kompressor stansiyasının inşası Qalmaz yeraltı qaz anbarının qaz həcminin 1 milyard m3-dən 1,5 milyard m3-ə çatdırılması məqsədi ilə inşa edilib. Yeni stansiya “Nefqazelmitədqiqatlayihə” İnstitutu tərəfindən layihələndirilib, inşası “Neftqaztikinti” Tresti tərəfindən həyata keçirilib.“Stansiya həm bir pilləli, həm də iki pilləli rejimdə işləyəcək”, - məlumatda qeyd olunur.

“Yeraltı qaz anbarlarını genişləndirməkdə əsas məqsədimiz ölkənin artan daxili tələbatını təmin etmək, istehlakçılara təbii qazı maksimum sürət və səmərə ilə çatdırmaqdır. Yeni kompressor stansiyası vasitəsi ilə təbii qaz anbara daha böyük həcmlərdə vurulacaq”, - məlumatda SOCAR-ın prezidenti Rövnəq Abdullayevin sözlərindən sitat gətirilir.

Yeraltı qaz anbarlarının saxlama gücü 3,5 mlrd. kubmetr təşkil edir ki, bu da ölkənin qaza olan daxili tələbatını 30-33% ödəməyə imkan verir. SOCAR “Qaradağ” və “Qalmaz” qaz anbarlarının ümumi gücünün 5 mlrd. kubmetrədək artırılması istiqamətində işləri davam etdirir.“Qalmaz” yeraltı qaz anbarı Bakıdan 75 km cənub-şərqdə yerləşir və 1955-ci ildə istismara verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9142
  • ₽ RUB
    0.0271