SƏNAYE

“Azəri-Çıraq-Günəşli" yatağında neçə quyudan neft çıxarıldığı açıqlanıb.
14 MAY
162

“Azəri-Çıraq-Günəşli" yatağında neçə quyudan neft çıxarıldığı açıqlanıb.

2019-05-14 11:12:00

2019-cu ilin I rübündə “Azəri-Çıraq-Günəşli (AÇG) yataqlar blokundan neft hasilatı 119 istismar quyusundan həyata keçirilib. Bu barədə fins.az-a Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətinin (ABƏŞ – z“A”əri-Çıraq-Günəşli” yataqlar blokunun işlənməsi üzrə operator) mətbuat xidmətindən məlumat verilib.

“Cari ilin yanvar-mart aylarında müqavilə blokunda 4 neft hasilat quyusu qazılıb. Mart ayının sonuna AÇG-də ümumilikdə 119 neft hasilat quyusu, 42 su və 7 qaz injektor quyusu istismarda olub”, - deyə məlumatda bildirilir. I rübdə “Azəri”, “Çıraq” və “Günəşli” yataqlarından 52 mln. barrel (7 mln. ton) neft hasil olunub.

Qeyd edək ki, “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinsulu hissəsinin işlənməsi haqqında müqavilə 1994-cü il sentyabrın 20-də imzalanıb və elə həmin ilin dekabrın 12-də qüvvəyə minib.

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9142
  • ₽ RUB
    0.0271