SƏNAYE

Cənubi Qafqaz Boru Kəmərinin əsaslı xərcləri ilk rübdə 10 dəfə azalıb
13 MAY
105

Cənubi Qafqaz Boru Kəmərinin əsaslı xərcləri ilk rübdə 10 dəfə azalıb

2019-05-13 21:52:00

Bu ilin birinci rübü ərzində Cənubi Qafqaz Boru Kəməri  və genişləndirilmiş boru kəməri  ilə bağlı fəaliyyətlərə 9 mln. ABŞ dolları əməliyyat xərcləri sərf edilib. Fins.az “BP-Azerbaijan” şirkətinin rüblük hesabatına istinadən xəbər verir ki, bu, 2018-ci ilin birinci rübü ilə müqayisədə 1 mln. dollar və ya 12,5% çoxdur. Ötən rüb ərzində boru kəmərinin əsaslı xərcləri 17 mln. dollar təşkil edib ki, bu da 2018-ci ilin ilk rübünün göstəriciləri ilə müqayisədə 148 mln. və ya 9,7 dəfə azdır. Bu ilin birinci rübü ərzində CQBK və CQBKG-nin birlikdə gündəlik orta ötürücülük gücü 30 mln. kubmetrdən çox olub ki, bu da 2018-ci ilin ilk rübü ilə müqayisədə 6,9 miln. Kubmetr və ya 29,9% çoxdur. Qeyd edək ki, CQBK boru kəməri 2006-cı ilin sonlarında istismara verilib və Azərbaycan, Gürcüstan və Türkiyəyə "Şahdəniz" qazını çatdırır, CQBKG isə kommersiya qaz həcmlərinin Türkiyəyə təhvil verilməsinə 2018-ci ilin iyun ayında başlayıb. CQBK və CQBKG-nin iki operatoru var – BP şirkəti CQBK obyektlərinin tikintisi və istismarı üzrə məsul texniki operator, SOCAR isə boru kəmərinin kommersiya əməliyyatları üzrə məsul kommersiya operatorudur. CQBK şirkətinin sərmayədarları qismində BP (28,8%), "AzSCP" (10%), "SGC Midstream" (6,7%), "Petronas" (15,5%), "LUKoil" (10%), NİCO (10%) və TPAO (19%) şirkətləri çıxış edir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9142
  • ₽ RUB
    0.0271