SƏNAYE

Səngəçal terminalından 69 mln. bareldən çox neft və kondensat ixrac edilib
13 MAY
125

Səngəçal terminalından 69 mln. bareldən çox neft və kondensat ixrac edilib

2019-05-13 17:52:00

Bu ilin I rübü ərzində Səngəçal terminalından üçüncü tərəf həcmləri də daxil olmaqla 69 mln. bareldən çox neft və kondensat ixrac edilib.

Bu barədə fins.az -a “BP-Azerbaijan” şirkətinin tərəfdaşları ilə birgə yaydığı hesabatına əsasən xəbər verir.Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 2 mln. barel və ya 2,8% azdır. Bu həcmin 61 mln. bareldən çoxu Bakı-Tbilisi-Ceyhan  vasitəsilə və təqribən 8 mln. bareli Qərb İxrac Boru Kəməri (Bakı-Supsa) marşrutu vasitəsilə ixrac edilib. BTC ilə ötürülən neftin həcmi ötən ilin ilk rübü ilə müqayisədə 2 mln. barel və ya 3,2% azdır. Bakı-Supsa kəməri vasitəsilə nəql edilən neftin həcmi dəyişməyib.

Rüb ərzində terminaldan həmçinin gündəlik orta hesabla 47 mln. standart kubmetr (təqribən, 1 656 mln. standart kubfutdan çox) “Şahdəniz” qazı ixrac edilib.

Qeyd edək ki, neft və qaz “Azəri-Çıraq-Günəşli” (AÇG) və “Şahdəniz” yataqlarından sualtı boru kəmərləri vasitəsilə Səngəçal terminalına göndərilir.

Terminalın texniki emal sistemlərinin gündəlik gücü hazırda 1,2 mln. barel neft və “Şahdəniz” qazı üçün, təqribən, 80 mln. standart kubmetrdir. Ümumi qaz emalı və ixracı gücü isə (AÇG səmt qazı da daxil olmaqla) gündəlik, təqribən, 100 mln. standart kubmetrdir.

Qaz terminaldan, əsasən, Cənubi Qafqaz Boru Kəməri (CQBK), Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi sistemi və terminalın qaz emalı obyektlərini Azəriqazın qazpaylama sistemi ilə birləşdirən SOCAR-a məxsus qaz kəməri ilə ixrac olunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9142
  • ₽ RUB
    0.0271