SƏNAYE

“Azərişıq" Bakı və Abşeronun bir hissəsini internetsiz qoyub
13 MAY
101

“Azərişıq" Bakı və Abşeronun bir hissəsini internetsiz qoyub

2019-05-13 13:07:00

"Azərişıq" ASC xəbərdarlıq etmədən bu gün saat 11:00-dan Bakının Nəsimi rayonunun Həsən Əliyev, Teymur Əliyev və Maqsud Əlizadə küçələrinin enerji təchizatını dayandırıb. Bu barədə həmin ərazidə yaşayan sakinlər məlumat verib.

Fins.az-xəbər verir ki, məsələ ilə bağlı açıqlama verən qurumun Mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev bildirib ki, fasilə bundan sonra hələ 2 saat davam edəcək. “Həmin ərazidə yerləşən avadanlığa texniki baxış həyata keçirilir. Bu səbəbdən elektrik enerjisinin verilişində fasilə yaranıb", - o deyib. 

Qeyd edək ki, sözügedən küçələrdə bir sıra internet provayderləri yerləşir. “Report”un əldə etdiyi məlumata görə, fasilə nəticəsində Bakının Yasamal, Nəsimi və Binəqədi rayonlarının, eləcə də Abşeron rayonunun ərazisində olan 1 500-dən artıq abunəçinin internet təchizatı dayandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.8962
  • ₽ RUB
    0.0263