SƏNAYE

“Türk axını” kəməri vaxtında istifadəyə veriləcək
12 MAY
212

“Türk axını” kəməri vaxtında istifadəyə veriləcək

2019-05-12 14:39:00

"Türk axını" qaz kəməri vaxtında, yəni 2019-cu ilin sonunda, istifadəyə veriləcək.Fins.az xəbər verir ki, bunu "Türk axını" konsorsiumunun nümayəndəsi Aslı Esen deyib. O bildirib ki, qaz kəmərinin dəniz hissəsinin tikintisi tam başa çatıb və hazırda üzərində sınaq işləri aparılır. “Qaz kəməri planlaşdırılan kimi ilin axırında istifadəyə veriləcək”, - Esen qeyd edib. Qeyd edək ki, “Türk axını” Rusiyadan Qara dəniz vasitəsilə Türkiyəyə və Türkiyənin qonşu ölkələrlə sərhədinədək uzanacaq qaz kəməri layihəsidir. Kəmərin birinci xətti Türkiyə bazarının, ikinci kəməri də Cənubi və Cənub-Şərqi Avropa ölkələri üçün nəzərdə tutulub. Hər xəttin nəql gücü ildə 15,75 mlrd. kubmetrdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır