SƏNAYE

SOCAR rəhbərliyi Ulu öndər Heydər Əliyevin məzarını ziyarət edib
10 MAY
118

SOCAR rəhbərliyi Ulu öndər Heydər Əliyevin məzarını ziyarət edib

2019-05-10 16:30:00

 SOCAR-ın rəhbərliyi və şirkətin çoxminli kollektivinin təmsilçiləri xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü ilə əlaqədar Ulu öndərin Fəxri xiyabandakı məzarını ziyarət edib. Bu barədə fins.az-a SOCAR-dan  məlumat verilib. Məlumatda bildirilir ki, şirkət nümayəndələri suveren Azərbaycan dövlətinin qurucusu və memarı, müstəqilliyimizin əbədiliyinin qarantına çevrilmiş, iqtisadiyyatımızın inkişafında, milli dövlətçiliyimizin möhkəmlənməsində müstəsna rol oynamış enerji strategiyasının banisi Ulu öndər Heydər Əliyevin unudulmaz xatirəsinə Azərbaycan neftçilərinin bəslədiyi dərin hörmət və ehtiramın ifadəsi olaraq ümumilli liderin məzarı üzərinə tər çiçəklər düzərək onun ruhu qarşısında baş əyiblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9008
  • ₽ RUB
    0.0262