SƏNAYE

ABŞ-ın Energetika Nazirliyi: 2020-ci ildə Azərbaycanda neft hasilatı azalacaq
08 MAY
250

ABŞ-ın Energetika Nazirliyi: 2020-ci ildə Azərbaycanda neft hasilatı azalacaq

2019-05-08 22:54:00

ABŞ-ın Energetika Nazirliyinin proqnozlarına əsasən, Azərbaycan 2020-ci ildə orta hesabla gündə 0,77 mln. barel neft hasil edəcək.Fins.az-ın  məlumatına görə, bu barədə ABŞ-ın Energetika Nazirliyi yanında Energetika İnformasiyası Agentliyinin dərc etdiyi hesabatda bildirilir.

Hesabatda qeyd olunub ki, 2019-ci ilə Azərbaycan üzrə ortalama gündəlik neft hasilatı 0,80 mln. barel səviyyəsində proqnozlaşdırılıb. Ötən il bu göstərici 0,81 mln. barel səviyyəsində olub.Azərbaycan Respublikası Energetika Nazirliyinin məlumatına görə, hazırda Azərbaycanda gündəlik orta neft hasilatı təxminən 770 min barel təşkil edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.8964
  • ₽ RUB
    0.0264