SƏNAYE

OPEC-dən sutkalıq neft hasilatı ilə bağlı yeni qərar
08 MAY
358

OPEC-dən sutkalıq neft hasilatı ilə bağlı yeni qərar

2019-05-08 16:32:00

Cari ildə Neft İxrac Edən Ölkələr Təşkilatı  -OPEC üzrə neft istehsalının sutkada 30,3 milyon barrel olacağı nəzərdə tutulur. Fins.az xəbər verir ki, bu barədə ABŞ-ın Enerji İnformasiya Administrasiyasının (EIA) məlumatında deyilir. Bildirilir ki, gələn il üçün isə OPEC üzrə hasilatın gündəlik 29,8 milyon barrelə qədər azalacağı proqnozlaşdırılır.

Qeyd edək ki, martda OPEC-in neft istehsalı fevral ayı ilə müqayisədə 534 min barrel azalaraq sutkalıq 30 milyon 20 min barrel olub. OPEC-in dünya neft hasilatındakı payı isə 30,2 faizə düşüb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.8876
  • ₽ RUB
    0.0257